Tanınmış memar pandemiya ilə əlaqədar İsmayıllı rayonunda ehtiyacı olan ailələrə yardım etdi

Tanınmış memar pandemiya ilə əlaqədar İsmayıllı rayonunda ehtiyacı olan ailələrə yardım etdi
Foto
Promo 6

Azərbaycanlı iş adamı, tanınmış memar Elçin Fazil oğlu Məmmədov “Biz birlikdə güclüyük, evdə qal, Azərbaycan” sosial çağırışı altında İsmayıllı rayonunda ehtiyacı olan ailələrə ərzaq yardımı edib.

Yardımın əsas məqsədi bütün dünyada, eləcə də ölkəmizdə yayılmış koronavirus (Covid 19) pandemiyasının qarşısının alınması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlərə qoşularaq vətəndaş həmrəyliyi nümayiş etdirməkdir. Ərzaq bağlamaları İsmayıllı Rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakı ilə rayon qeydiyyatlı ehtiyacı olan ailələrə paylanılıb.

Onu da qeyd edək ki, iş adamı yaxın günlərdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna da ianə etmişdir.

Elçin Məmmədov 6-cı çağırış Milli Məclisə İsmayıllı rayonundan deputatlığa namizəd olmaqla yanaşı, Azərbaycanda lüks, multi-brend mebel və ev aksesuarlarının rəsmi distribütoru olan “Luxury Life Interiors” şirkətinin rəhbəridir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər