Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur - FOTOLAR
25
fev
2019
13:45
Rusiya bazarının ən məşhur turizm agentlikləri şəbəkələrindən birinin nümayəndələri ölkənin turizm imkanları ilə tanış olmaq və onların Rusiya bazarında gələcək təşviqi məqsədi ilə Azərbaycanda səfərdədir.BAKU.WS-in məlumatına görə, səfər Rusiyanın məşhur tur operatoru “Summer Tour Russia” tərəfindən Azərbaycan Dövlət Turizm Agentliyi, Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL), həmçinin ölkəmizin aparıcı tur operatorları “Silk Way Travel” və “Pasha Travel”ın dəstəyi ilə təşkil olunmuşdur.Proqramın birinci mərhələsi çərçivəsində “Сеть Магазинов Горящих Путевок” aparıcı turizm şirkətinin baş direktoru Serqey Aqafonovun başçılıq etdiyi, şirkətin 40-dan çox əməkdaşından ibarət nümayəndə heyəti Bakıdadır. Qonaqlar Azərbaycanın turistik və logistik imkanlarının təqdim olunduğu konfransda iştirak etmiş, həmçinin ölkənin tarixi və memarlıq yerləri ilə tanış olaraq Azərbaycanın turizm potensialını yerində görmək və qiymətləndirmək imkanı əldə etmişdirlər.Qeyd edək ki, “Сеть Магазинов Горящих Путевок” Rusiyanın iri turizm agentlikləri şəbəkəsidir və ölkənin müxtəlif bölgələrində 400-dən çox ofisə malikdir.“Сеть Магазинов Горящих Путевок” şirkəti Rusiyanın turizm bazarında Azərbaycanı aktiv şəkildə təbliğ etməkdə maraqlı olduğunu bildirmişdir.Ümumi proqram çərçivəsində mart və aprel aylarında bütün Rusiyanın aparıcı turizm agentliklərinin daha bir neçə qrupunun ölkəmizə səfəri planlaşdırır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm komitəsinin növbəti iclası keçirilib.
Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm komitəsinin növbəti iclası keçirilib.İclasın gündəliyinə komitənin yeni rəhbərinin seçilməsı məsələsi daxil edil...