İrşad Electronics döyüşə səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə 30 000 manat birdəfəlik maddi yardım ayırdı
Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Qarabağ uğrunda döyüşlərə səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb.
Ayrılan vəsait Bakı da daxil olmaqla ölkəmizin digər regionlarından olan az təminatlı 100 ailəni ahatə edir. Müvafiq ailələrin siyahısı şikət tərəfindən artıq müəyyən edilib və təşkilati işlərə başlanılıb.
Qeyd edək ki, ötən gün şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Bundan əlavə ordumuza dəstək olmaq məqsədi ilə İrşad Electronics Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb.
İrşad Electronics qələbə uğrunda gedən döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçiləri sağ-salamat, şad xəbərlə qayıtmalarını arzulayır.
Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Hazırda Azərbaycanda 33 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 22-si Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.
Oxşar xəbərlər
İrşad Electronics döyüşən və səfərbər olan müştərilərin kreditlərini dondurdu
Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Qarabağ uğrun...