İrşad Electronics müştərilərinin bir aylıq kredit ödəmələrini ertələdi
“Sağlıq hər şeydən vacibdir” – deyən İrşad Electronics müştərilərinə qarşıdakı aprel ayını evdə rahat qalmaq üçün şərait yaradıb. İrşad Electronics müştərilərinin aprel ayı üzrə kreditlərini növbəti aya ertələyib. Bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yayılıb: “ "Covid-19" virusu ilə əlaqədar olaraq sizlərə dəstək olmaq adına Aprel ayı üçün aylıq ödənişlərə 1 AYLIQ FASİLƏ verilməsini qərara aldıq”.
Bu müddətdə İrşad Electronics müştəriləri evdə rahat oturub, özlərinin və əzizlərinin sağlamlığının qayğısına qala bilərlər. May ayından başlayaraq, İrşad Electronics-ə olan kreditlərini aybaay ödəməyə davam etdirə bilərlər.
İrşad Electronics koronavirus zəncirini qırmaq, onu yaymamaq və özlərinin də yoluxmamağı üçün müştərilərinə evdən çıxmamağı tövsiyə edir. Əməkdaşlarının da karantin qaydalarına riayət etməsini və mağazalara insan axınının qarşısını almaq istəyən şirkət martın 28-dən etibarən bütün mağazalarının fəaliyyətini müvəqqəti dayandırıb. Bu müddətdə yalnız onlayn sifarişlər üzrə nağd və taksitli alışlar həyata keçiriləcək. Müştərilərə məhsulların çatdırılması yüksək dezinfeksiya tələblərinə uyğun olaraq təşkil ediləcək.
İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir.
Oxşar xəbərlər
“RAHAT” bir gün: Bol çeşid, kifayət qədər ehtiyat var - REPORTAJ + VİDEO/FOTO
Son günlər sosial şəbəkələrdə insanların mağazalara kütləvi axın etmələrinə dair məlumatlar yayılır. Paylaşımlarda mağazalarda bəzi qida məhsullarının, xüsusilə...