İo-kio baba iokio.az ilə geri döndü

İo-kio baba iokio.az ilə geri döndü
Promo 214

Azərbaycanda rəqəmsal hədiyyə kartlarının yeganə ünvanı iokio.az müasir İo-Kio ilə fərqli tanıtım videosu hazırlayıb.

Bakı. 4 mart 2022-ci il/ Azərbaycanda rəqəmsal hədiyyə kartlarının yeganə ünvanı iokio.az təqdim etdiyi xidməti əks etdirən tanıtım videoçarxını ictimaiyyətə təqdim edib.

Videoçarx hədiyyə seçməyin, almağın və göndərməyin iokio.az ilə çox asan, sürətli və əyləncəli olduğunu əks etdirir.

Tanıtım videosunda sevilən aktyor Kamran Ağabalayev məşhur “Sehrli xalat” filminin əsas qəhrəmanlarından biri İo-Kio babanın yenilənmiş obrazını canlandırır və iokio.az-ın rəqəmsal hədiyyə kartlarından istifadəni əyləncəli şəkildə nümayiş etdirir.

iokio.az sayəsində dəyişərək müasir görkəm alan İo-Kio baba rəqəmsal hədiyyə kartları ilə ətrafındakıları da sevindirməyi və təəccübləndirməyi unutmur.

Tanıtım videosuna linkə keçid edərək baxa bilərsiniz: https://bit.ly/3MqnStg

iokio.az-ın partnyorları, xidmətləri və kampaniyaları barədə ətraflı məlumat üçün iokio.az saytını, Facebookİnstagram səhifələrimizi izləyin.

Qeyd edək ki, iokio.az müxtəlif brendlərin rəqəmsal hədiyyə kartlarını onlayn seçməyə, almağa və göndərməyə imkan verən platformadır. Bu platforma vasitəsilə ölkədaxili və ölkəxarici istənilən yerdən istənilən hədiyyə kartını onlayn alıb dərhal göndərmək mümkündür.

iokio.az sonsuz imkanlar deməkdir. O, bir toxunuşla istədiyiniz şəxsə hədiyyə alıb göndərməklə yanaşı, hədiyyənin göndəriləcəyi vaxtı əvvəlcədən müəyyən etmək, hədiyyəni göndərən zaman gizli qala bilmək kimi əlavə üstünlüklər verir.

Son xəbərlər