Nikoil Bankda Prezidentin fərmanı ilə bağlı ilkin tədbirlər görülüb
04
mar
2019
18:38
Vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə dövlət tərəfindən çoxsaylı islahatlar həyata keçirilir. Bu sosial islahatlardan biri də 28 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanması olmuşdur. Şübhəsiz ki, Fərman Prezidentimizin devalvasiyadan zərər çəkmiş insanlara misilsiz dəstəyidir və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş qərardır. Cənab Prezidentin inqilabi Fərmanı nəinki əhaliyə, həmçinin ölkənin iqtisadiyyatı və bank sektoru üçün də böyük dəstəkdir və bilavasitəvətəndaşlarla banklar arasında etimadın güclənməsinə təsir edir. İlk növbədə bildirmək istərdik ki, Fərmanın icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.Eyni zamanda, Fərmanın icrası ilə əlaqədar görülən tədbirləri dəstəkləmək məqsədilə Nikoil Bank tərəfindən ilkin tədbirlər görülmüşdür.Belə ki, 4 mart 2019-cu il tarixində Bankın Baş İdarəsində görüş keçirilmiş və Fərmanın icrası ilə bağlı tədbirləri dəstəkləmək və Bankla koordinasiyasını təmin etmək məqsədi ilə müvafiq işçi qrupu yaradılmışdır. Həmçinin, Bankın müştərilərinin Fərmanın icrası ilə bağlı suallarının Banka ünvanlanmasını və araşdırılmasını sadələşdirmək, habelə müştərilərin rahatlığını təmin etmək məqsədilə [email protected] elektron poçt ünvanının yaradılması qərara alınmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan elektron poçt ünvanı 4 fevral 2019-cu il tarixindən etibarən müştərilərin müraciətlərini qəbul etməyə hazırdır. NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl filial şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətlərini təklif edir. Bankın bütün məhsul, aksiya və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.BAKU.WS
Oxşar xəbərlər
NBCBank-da problemli kreditləri olan müştərilərə müraciət
28 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredit...