“Nəfəs” İB yenidən ucqar dağ kəndlərinə üz tutdu - FOTO

“Nəfəs” İB yenidən ucqar dağ kəndlərinə üz tutdu - FOTO
Foto
Promo 16

3 ilə yaxındır aktiv şəkildə fəaliyyət göstərən “Nəfəs” İctimai Birliyi yenidən ucqar dağ kəndlərinə üz tutub. Birliyin ötən il başlatdığı “Kitabxanasız məktəb qalmasın!” adlı kampaniyanın növbəti ünvanı Tovuz rayonu olub.

Sayca 7-ci məktəbdə həyata keçirilən kampaniyanın əsas məqsədi infrastrukturu zəif olan ucqar dağ kəndlərindəki ümumtəhsil məktəblərində təhsil alan şagirdləri sevindirməkdir. Bunun üçün Tovuz rayonunun Bayramlı və Yuxarı Öysüzlü kənd tam orta məktəblərinin kitabxana otağında abadlıq işləri aparılıb, şkaflar yenilənib, sinif otaqlarının divarlarında rəngarəng oxu guşələri yaradılıb. Bununla yanaşı məktəblilərin dünyagörüşünü zənginləşdirmək üçün 200-dək müxtəlif məzmunlu elmi və bədii kitablar kitabxanaya hədiyyə olunub.

Qeyd edək ki, Quba, Lerik, Astara və Tovuz rayonlarında həyata keçirilən kampaniya il ərzində digər regionların ucqar kənd məktəblərində davam etdiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər