“NƏFƏS” bu dəfə cənub rayonlarındakı ucqar dağ kəndlərini ziyarət etdi - FOTO/VİDEO
2 ilə yaxındır aktiv şəkildə fəaliyyət göstərən “Nəfəs” İctimai Birliyi yenidən ucqar dağ kəndlərindəki uşaqları sevindirib.
Birlik bu ilin may ayında Quba rayonunda başlatdığı ”Kitabxanasız məktəb qalmasın!” adlı kampaniyasını bu dəfə cənub bölgəsinin Lerik və Astara rayonlarında davam etdirib.
Kampaniyanın əsas məqsədi ölkənin müxtəlif regionlarında, xüsusilə də infrastrukturu zəif olan ucqar dağ kəndlərdəki ümumtəhsil məktəblərində təhsil alan şagirdləri sevindirməkdir. Bu məqsədlə Lerikin Vistən, Astaranın Maşxan və Lovayın kənd tam orta məktəblərində həyata keçirilən kampaniya üzrə hər 3 məktəbin kitabxana şkafları “Nəfəs” İctimai Birliyi tərəfindən yenilənib, sinif otaqlarının divarlarında müxtəlif təsvirlərlə bəzədilmiş oxu guşələri yaradılıb. Bununla yanaşı məktəblilərin dünyagörüşünü, xəyal dünyasını zənginləşdirmək üçün dərsliklərdən əlavə oxu materiallarının azlığını da nəzərə alaraq, şagirdlərin yaş aralığına uyğun ümumilikdə 200-dək müxtəlif məzmunlu elmi və bədii kitablar məktəbə hədiyyə olunub.
Qeyd edək ki, birliyin başlatdığı bu kampaniya il ərzində digər regionların ucqar kənd məktəblərində davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
“NƏFƏS” ucqar dağ kəndindəki uşaqları sevindirdi - FOTO/VİDEO
Bir ildən çoxdur aktiv şəkildə fəaliyyət göstərən “Nəfəs” İctimai Birliyi bu dəfə təhsil sahəsində uğurlu layihəyə imza atıb. Birliyin ötən ilin sentyabr ayında...