Milla markası bazara yeni pendir çeşidləri çıxardı

Milla markası bazara yeni pendir çeşidləri çıxardı
Foto
Promo 4

2011-ci ildə fəailiyyətə başlayan “AZFPCO” LTD qısa bir zamanda Azərbaycanın ən böyük süd məhsulları istehsal edən şirkət olmuşdur.

Şirkət gün ərzində 250 ton məhsul istehsal etmə gücünə malikdir. Süd xammalının əsas hissəsi Qəbələ süd ferması vasitəsilə təmin olunur.

AZFPCO ltd şirkəti ilk olaraq bazara Milla markası adı altında məhsullar çıxarmışdır. 2020-ci ildə şirkət əlavə olara daha iki marka adı altında bazara məhsullar çıxarıb.

Milla markası hazırda bazarda ən çox kateqoriyada təmsil olunan ən böyük yerli süd markasıdır.

Belə ki bu marka adı altında UHT süd, xama, feta pendir, qaymaq, ayran, yoqurt, kefir, qatıq, dondurma istehsal olunur. Bu il bu kateqoriyalara əlavə olaraq Milla markası adı altında yeni Labne və ərgin krem pendirləri istehsal olunub bazara çıxarılıb. Qeyd etmək istərdik ki, Milla krem pendirləri bu kateqoriyada məhsul istehsal edən ilk yerli markadır.

Azərbaycanın pendir bazarında krem-pendir markalarının sayı çox deyil. Biz krem-pendir məhsulunun ilk yerli istehsalçı olmağımızla fəxr edirik. “Labne” və Ərgin“ pendirlərini yaradarkən əsas hədəfimiz xarici markalardan daha keyfiyyətli, amma daha münasib qiymətə, hamının süfrəsində ola biləcək krem-pendir ləzzətinə çatmaq idi.

Təbii süddən hazırlanmış krem-pendirlər səhərlər masa ətrafında toplaşmağı sevən ailələrin vazkeçilməz dadı olacaq.

Bu krem-pendirlərin ömrünü uzatmaq üçün onlara heç bir qatqı əlavə edilmir. Biz əminik ki, “Labne”ni açan kimi bitəcək, onun ömrünü uzatmağa ehtiyac yoxdur.

“Labne” və “Ərgin” müxtəlif təamların hazırlanmasında da ən yaxşı yardımçınız olacaq. Dadından doymadığınız bu krem-pendirlər yeni ləzzətlərin yaradılmasında yaxından iştirak edəcək.

Millanın yeni krem pendirləri ailənizin ortaq zövqünə çevriləcək. Çünki tərkibində sevgi var.

Son xəbərlər