Məşhur qlobal şirkət daha sərfəli uzunmüddətli kampaniyaya başlayıb (FOTO)
Procter&Gamble şirkəti Umico ilə dekabrın 6-dan başladığı kampaniyada məhsullarının daha sərfəli olduğunu deyir. Keyfiyyəti ilə sərfəli olan P&G brendlərinin məhsullarını alan hər kəs ödədiyi məbləğin, məhsuldan asılı olaraq, 5%-dək hissəsini geri alır.
P&G brendlərinin istehlakçıları keşbəki həm Umico tərəfdaşı olan mağazalarda, həm də tərəfdaş olmayan marketlərdə Umico kartı və ya Umico tətbiqi vasitəsilə geri ala bilirlər. Geri qaytarılmış məbləğlə sərfəli alış-verişi davam etdirib daha çox P&G məhsulu, yaxud da digər məhsullar əldə etmək olar.
Kampaniyada 20 addan artıq P&G məhsulu iştirak edir. Kampaniyanın əsas məqsədi pandemiya çətinliyindən çıxmış istehlakçılara şirkətin məhsullardan istifadə imkanını artırmaqdır.
Qeyd edək ki, P&G Azərbaycanda pandemiya ilə mübarizəyə 460 min manata yaxın vəsait sərf edib. Bu vəsaitin böyük bir hissəsini pandemiya zamanı ehtiyacı olanlara təmizlik və şəxsi gigiyena vasitələri kimi vacib P&G məhsullarının çatdırılması tutub.
Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers, Tide, Ariel, Head & Shoulders, Always, Pantene, Fairy, Blend-a-med, Oral-B, Gillette, Safeguard kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
| Məhsullar | Cashback |
| Ariel PODS | 5% |
| Tide PODS | 5% |
| Ariel gel | 5% |
| Lenor | 2% |
| Fairy qabyuyan maşın üçün | 5% |
| Fairy Platinum | 5% |
| Pampers Premium S1-S3 | 5% |
| Pampers Pants bezləri | 5% |
| Pampers nəm salfetləri | 2% |
| Always Platinum bezləri | 5% |
| Always gündəlik bezləri | 5% |
| H&S qadın şampunları və balzamları | 5% |
| H&S Men Ultra şampunları | 5% |
| Pantene balzamları, yağları və maskaları | 5% |
| Herbal şampunları, balzamları və maskaları | 5% |
| Old Spice bütün məhsulları | 5% |
| Old Spice Sprey + Duş geli (Dekabrn 31-nə dək) | 7% |
| Old Spice Stik + Duş gel (Dekabrn 31-nə dək) | 9% |
| Safeguard Maye Sabun | 5% |
| Oral-B diş məcunları | 5% |
| Oral-B elektrik diş fırçaları və başlıqları | 5% |
| Blendamed 3D White Lux diş məcunları | 5% |
| Braun məhsulları | 2% |
| Braun IPL | 5% |
Qalereya
Oxşar xəbərlər
Azercell “Qələbə ili”nin nəticələrilə bölüşdü
Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgəməyib. Hələ bir il bundan öncə Azercell Telekom-un öz müştər...