Li rəsmi servisində – orijinallıq və dəqiqlik bir arada
Li markasının rəsmi servisi artıq uzun müddətdir ki, müştərilərə davamlı, peşəkar və istehsalçı standartlarına uyğun xidmətlər təqdim edir. Servis mərkəzində bütün texniki işlər yalnız orijinal ehtiyat hissələri ilə aparılır, bu da avtomobilin təhlükəsizlik və performans səviyyəsinin sabit qalmasını təmin edir.
Li rəsmi servisində tam diaqnostika, proqram təminatının yenilənməsi, elektron sistemlərin yoxlanılması və sazlanması mütəmadi şəkildə həyata keçirilir. Bu proseslər vasitəsilə avtomobilin idarəetmə sistemləri, enerji istehlakı və batareya göstəriciləri yenilənmiş proqram təminatına uyğun optimallaşdırılır.
Əgər istifadəçinin Master Account əlaqəsi itib və ya sinxronizasiya pozulubsa, servis bu funksiyanı rəsmi qaydada bərpa edir. Bununla avtomobilin tətbiqlə əlaqəsi, uzaqdan idarəetmə və digər bulud əsaslı funksiyalar yenidən aktivləşdirilir.
Mərkəzdə həmçinin proqramlaşdırma və kalibrasiya işləri, müxtəlif elektron modulların yenilənməsi və sistemlərin uyğunlaşdırılması kimi texniki xidmətlər də göstərilir. Bütün proseslər təcrübəli mütəxəssislər tərəfindən, brendin texniki təlimatlarına əsasən aparılır.
Li-nin rəsmi servisi müştəriyə sadəcə texniki xidmət yox, həm də rahatlıq və etibar hissi təqdim edir. Hər bir iş, avtomobilin uzunömürlülüyünü və orijinal vəziyyətini qorumaq məqsədi ilə həyata keçirilir.
Ətraflı məlumat və qeydiyyat üçün *2299 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Servis mərkəzimiz Babək prospekti 35A ünvanında yerləşir.
Oxşar xəbərlər
Həyəcan zirvədədir – Bakcell bu gün 4-cü avtomobili hədiyyə edir!
Bu gün Bakcell meqa lotereyasında süni intellekt 4-cü "Zeekr 001" avtomobilinin qalibini seçəcək! Baku.ws xəbər verir ki, meqa lotereya çərçivəsində Bakcell abu...