Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə postsovet məkanının ən yaxşı aeroportu seçilib
28
mar
2019
12:23
Heydər Əliyev Beynəlxalq Aeroportu post-Sovet məkanının bütün hava limanları arasında ən yaxşı aeroport olaraq ən nüfuzlu qiymətləndirmə olan "Skytrax World Airport Awards" mükafatına layiq görülmüşdür.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Azərbaycan paytaxtının hava limanı artıq üçüncü ildir ki, bu nominasiyada liderliyini qoruyur.Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona kimi sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında 3-cü yeri tutmuşdur. Siyahıya "London Siti" aeroportu (London City Airport, LCY) başçılıq etmişdir.
Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) almışdır. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olmuşdur."Skytrax" tərəfindən keçirilən və 550-dən çox hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır.İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə "Skytrax" həmçinin 100-dən çox ölkədən 13 milyon sərnişin arasında sorğu keçirmişdir. BAKU.WS
Oxşar xəbərlər
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin 11 ayı ərzində 4 milyon nəfərdən çox sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin 11 ayı ərzində 4 milyon nəfərdən çox sərnişinə xidmət göstərib. 2018-ci ilin 11 ayı ərzində Heydər Əliyev Beynəl...