Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin 11 ayı ərzində 4 milyon nəfərdən çox sərnişinə xidmət göstərib
11
dek
2018
15:48
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin 11 ayı ərzində 4 milyon nəfərdən çox sərnişinə xidmət göstərib. 2018-ci ilin 11 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 4,1 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 9 faiz çoxdur.“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 756 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 411 min sərnişin düşmüşdür.İlin əvvəlindən etibarən 3,54 milyon sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,6 faizi isə “Buta Airways”in payına düşmüşdür. Noyabr ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olmuşdur. Onlar ümumilikdə 118 min sərnişinə xidmət göstərmişdir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Doha və Tel-Əviv daxildir. Bu istiqamətlərə 196 min sərnişin uçmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"-ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür.Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.BAKU.WS
Oxşar xəbərlər
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin on ayı ərzində 3,8 milyon sərnişinə xidmət göstərib
2018-ci ilin on ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 3,8 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisind...