Hadisə "Trendyol"un "Super alış-veriş günləri"ni tanıdır
Yeniliklərdən dərhal xəbərdar olun
"Trendyol"un Azərbaycandakı müştəriləri üçün həyata keçirdiyi "Super alış-veriş günləri" kampaniyasının reklam siması Türkiyənin pop ulduzu, unudulmaz performansı və səhnə şousu ilə izləyicilərin rəğbətini qazanan Hadisədir.
Müştərilərə əsl endirim festivalı əhval-ruhiyyəsini yaşadacaq "Super alış-veriş günləri"nə özəl olaraq hazırlanan "Trendyol təbii ki" adlı tanıtım melodiyasını isə Azərbaycanın Eurovision təmsilçisi, müğənni Fahree (Fəxri İsmayılov) səsləndirib.
Həmçinin, noyabrın 6-dan başlayaraq "Trendyol"un İnstagram səhifəsini izləyən və dostlarını işarələyən istifadəçiləri "Trendyol"dan hədiyyə gözləyir. Bu şərtləri yerinə yetirən iştirakçılar arasından 10 nəfər təsadüfi seçimlə təyin olunacaq. Qaliblər Hadisənin 7 dekabrda Bakıda keçiriləcək konsertinə bilet qazanacaqlar.
Qeyd edək ki, "Super alış-veriş günləri" Trendyol istifadəçilərinə seçilmiş məhsullar üçün 60 faizədək endirim fürsəti verir. Əlavə olaraq, alış-veriş həvəskarları SUPER20 kodu ilə 20 faiz endirim imkanı qazanaraq arzuladıqları məhsula sahib olacaqlar.
Oxşar xəbərlər
"Kristal" və "Geberit" arasında əməkdaşlıq memorandumu imzalandı
Kristal ilə İsveçrənin tanınmış sanitar-texniki sistemlər istehsalçısı "Geberit" arasında əməkdaşlıq memorandumu imzalanıb. Yeni tərəfdaşlıq çərçivəsində "Geber...