«Expresso Salary» istifadəçilərinin sayı artıb
07
may
2019
16:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hüquqi şəxslər üçün xidmət sahələrini davamlı olaraq artıran, Azərbaycanın aparıcı banklarından biri olan Expressbank-ın əmək haqqı layihəsi “Expesso salary” istifadəçilərinin sayı son bir ildə 50% artıb. 2017 – ci ilin yanvar ayından başlayan bu layihə bankın korporativ müştərilərin əmək haqqı ödənişlərinin daha da təkmilləşdirilməsinə və rahat reallaşdırılmasına xidmət edir. “Expresso Salary” özündə bir çox imkanları birləşdirən hüquqi şəxslərin və sahibkarların işçi heyətinə təqdim edilən əmək haqqı kartıdır. Kartın özündə birləşdirdiyi üstünlüklər onu bazarda oxşar layihələrdən fərqləndirir: - Ölkənin bütün ATM-lərində komissiyasız nağdlaşdırma imkanı;- Kartdakı qalıq məbləğə illik 3% gəlir; - Kartla ödəniş zamanı məbləğin 30%-dək hissəsinin karta geri qaytarılması (cashback üstünlüyü);- Əmək haqqının 50%-i həcmində avans kreditin alınması imkanı;- Maaşın köçürülməsi haqqında pulsuz sms məlumatlandırma;- 3D secure təhlükəsizlik imkanı;Həmçinin “Expresso Salary” -ni əldə edən korporativ müştərilərə əməkdaşlarının sayından və dövriyyəsindən asılı olaraq individual xidmət paketləri təklif oluna bilər. “Expresso Salary” əmək haqqı layihəsi barəsində daha ətraflı məlumatı növbəti linkə keçid alaraq əldə etmək mümkündür: https://bit.ly/2vpOcNP Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Nazirlikdən ŞAD XƏBƏR - Əmək haqqı yenə artırılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özəl sektor işçilərinin minimum əmək haqlarını artımla alacaqları mövzusu ilə bağlı açıqlama verib."Report"un xəbəri...