"Caetano Distribution" və "Asus"dan Azərbaycanda qolf və "geek" şousu - FOTO

Caetano Distribution və Asusdan Azərbaycanda qolf və geek şousu - FOTO
Foto
Promo 95

"Asus"un Azərbaycandakı rəsmi distribyutoru "Caetano Distribution" 6 sentyabr 2023-cü il tarixində öz tərəfdaşlarını və müştərilərini unudulmaz hadisə ilə təəccübləndirib.

BAKU.WS xəbər verir ki, bu dəfə "Caetano Distribution" komandası partnyorlarına adrenalin və əyləncə ilə dolu unudulmaz bir gün - qolf günü bəxş etmək qərarına gəlib!

Bu tədbir onu göstərir ki, iş və həzz bir yerdə ola bilər. Peşəkar qolfçu və ya həvəskar olmasanız belə, öz macəra və kəşf gününüzü yaratmaq şansı həmişə var!

Məlumat festivalında, hətta yüksək texnologiya həvəskarı olmayanlar belə özlərini evlərindəki kimi hiss ediblər. Şirkət nümayəndələri böyük həvəslə qabaqcıl texnologiyalardan danışıblar.

"Caetano Distribution" və "Asus" göstərdi ki, iş dünyasında qolf meydançalarına, yüksək texnologiyalar və təbii ki, yaxşı əhval-ruhiyyə üçün yer var.

Ən maraqlısı isə odur ki, "Caetano Distribution" bununla kifayətlənmir və öz tərəfdaşları üçün oxşar tədbirlər təşkil etməyə davam edəcək. Odur ki, bizi izləyin və yeni sərgüzəştlərə və kəşflərə hazır olun!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər