Bolt Azərbaycanda ilk sahibkarlıq sürətləndirici proqramına start verdi!

Bolt Azərbaycanda ilk sahibkarlıq sürətləndirici proqramına start verdi!
Promo 129

"Bolt Accelerator" – Sürücülər və kuryerlər üçün biznes imkanları

Bakı, Azərbaycan - Bolt, platformasında fəaliyyət göstərən sürücülər və kuryerlərin biznes ideyalarını reallaşdırmasına dəstək olmaq məqsədilə Azərbaycanda ilk sahibkarlıq sürətləndirici proqramı – "Bolt Accelerator" proqramına start verdiyini elan edir. Proqram iştirakçılara sahibkarlığa başlamaq üçün zəruri olan bilikləri, bacarıqları, mentor dəstəyini və ilkin maliyyə vəsaitini əldə etmək fürsətinitəqdim etməklə onların inkişafını dəstəkləyəcək.

"Bolt Accelerator proqramı ilə məqsədimiz sürücü və kuryerlərimizə yalnız qazanc deyil, sahibkarlıq ideyalarını reallaşdırmaq üçün dəstək verməkdir. Onların potensialını üzə çıxarmaq və ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə vermək bizim üçün önəmlidir. Ən əsas isə onların uğur hekayələrinin bir hissəsi olmaqdır."

- Ramil Məhərrəmov, Bolt Azərbaycan Baş Əməliyyat Meneceri deyib.

Proqram sürətləndirici layihələrin həyata keçirilməsində uzun illər təcrübəsi olan SUP VC şirkəti ilə tərəfdaşlıqda təşkil olunur.

"Sahibkarlıq təkcə fərdi uğur deyil, cəmiyyətin rifahı üçün də vacibdir. SUP VC olaraq bu proqramla sürücü və kuryerlərin iqtisadi dəyər yaradan ideyalarını dəstəkləyirik. Bolt ilə bu təşəbbüsün yeni biznes hekayələrinə yol açacağına inanırıq. Tərəfdaşlığın Bolt ilə olması isə simvolikdir – çünki onun CEO-su da az büdcə ilə başlayaraq uğur qazanmış bir startap nümunəsidir."

 – Rəşad Eyvazov, SUP.VC şirkətinin İcraçı Direktoru qeyd edib.

İştirak üçün istənilən sahədən olan biznes ideyası ilə 15 avqust 2025-ci il tarixinə qədər müraciət etmək mümkündür. Ən yaxşı ideyaların müəllifləri Bolt Akselerator proqramında iştirak hüququ qazanacaqlar. Burada iştirakçılar şirkət qurmaq, maliyyəni idarə etmək, marketinq strategiyası yaratmaq və müştəri cəlbi ilə bağlı praktiki biliklər əldə edəcəklər.

Proqramın növbəti mərhələsinə keçən 20 iştirakçıya sahələrinə uyğun fərdi mentorluq dəstəyi veriləcək. Sonda isə ən güclü 7 ideya maliyyə dəstəyi ilə mükafatlandırılacaq:

 1-ci yer (1 nəfər) – 10,000 AZN

2-ci yer (1 nəfər) – 7,000 AZN

3-cü yer (3 nəfər) – 4,500 AZN

4 -cü yer (2 nəfər) – 3,000 AZN

 Ümumi mükafat fondu: 36,500 AZN

Qaliblər həmçinin 6 həftəlik əlavə mentorluq proqramında iştirak edəcək. Bu mərhələ ideyanın inkişaf etdirilərək real müştərilərə çatdırılmasına kömək edəcək.

Bu proqram Bolt tərəfindən Azərbaycanda ilk dəfə təqdim olunur. Bolt Accelerator indiyə qədər Nigeriya, Avropa, Keniya, Qana və Cənubi Afrikada uğurla həyata keçirilib və həmin regionlarda 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verilib.

Müraciət və ətraflı məlumat üçün: https://boltakselerator.az/

Son xəbərlər