Bazara hər kəsi kükrədəcək yeni içki gəlib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı küçələrində aslan peyda olub.
16 iyunda Azərbaycanın paytaxt şəhərində böyük hay-küy var idi. Sakinləri və qonaqları şəhərin mərkəzində eşidilən kükrəmə səsləri narahat edirdi. Çox adam bunun zooparkdan qaçan aslan olduğunu düşünürdü. Bu yaxınlarda məlum oldu ki, bu, Coca-Cola şirkətinin ən son məhsul innovasiyası olan ROAR-ın (ROAR içkisinin) marketinq təqdimat kampaniyasının reklam hissəsi imiş.
ROAR unikal Zn-Charge formulasından güc alan içkidir. Öz üsyankar təsiri ilə o, sizi içinizdə olan aslanı sərbəst buraxmağa və gecə boyu kükrəməyə vadar edəcək. Bu o deməkdir ki, bu içki sizdə özünüzə inam yaradır və həyatınızı öz tərzinizlə yaşamaq gücü verir. Brend iki dadda olan ROAR məhsulunu təqdim edir: Red Fire və Gold Punch.
İlkin mərhələdə Bakının ən məşhur hissələrində xüsusi avadanlıqlar quraşdırıldı. Bu, yoldan keçənlər arasında səs-küyə səbəb oldu. Yerli xəbər portalları və televiziya kanalları bu fenomenin tarixçəsi haqqında danışmağa başladı. Bundan başqa, mövzuya marağı artıran blogerlər (@snigarochkaa, @igoguseinov, @elnarar_, @babayevnasir_, @fuadcherniy, @asadovlife, fuadtaghi) sayəsində bu haqda xəbərlər daha da ictimailəşdi.
Açıqlama qarşıda idi. Belə ki, üzərində ticarət markası olan (yük avtomobili) stendlər Bakı şəhər bulvarına qoyulub. Sanki interyerdə böyük daş parçaları elementləri, neon işıqlandırma və tünd zolaqlardan ibarət dirəkləri olan mistik və gözəl bir səhnə əks olunurdu. Oraya toplaşan insanlar yeni məhsulun dadına baxır və azərbaycanlı müğənninin yeni rep mahnısını dinləyirdilər. Axşam reklam heyəti media nümayəndələrini və ətrafdakı insanları müxtəlif yarışlarda (qol güləşi, stolüstü futbol və ox atma) iştirak etməyə dəvət etdilər. Tədbir iştirakçılarına ROAR içkisi olan xüsusi hədiyyə qutuları verildi. Tədbir televiziyada və sosial xəbər saytlarında kütləvi şəkildə işıqlandırıldı.
İndi isə marketinq kampaniyasının üçüncü mərhələsinin məqsədi yeni brendi kütlələrə təqdim etməkdir. Məhsul musiqi və idman telekanallarında, reklam lövhələrində, rəqəmsal, radio və digər kommunikasiya kanallarında kütləvi şəkildə yayılacaq. Gələcəkdə xüsusi musiqi tədbirləri və BLT fəaliyyətləri barədə məlumat almaq və yeni məhsulu ilk dadanlar arasında olmaq istəyirsinizsə, Brendi İnstaqram səhifəsində @roar_az izləyə bilərsiniz!
Qalereya
Oxşar xəbərlər
Bakıda “şir kükrəməsi” sakinlərin marağına səbəb olub - FOTO
İyun ayının 16-da Bakı şəhərinin mərkəzi ərazisindən “şir kükrəməsi”nə bənzər səslər eşidilib. Artıq sosial media istifadəçiləri də bu “kükrəmə”yə dair paylaşım...