Bakıda “şir kükrəməsi” sakinlərin marağına səbəb olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İyun ayının 16-da Bakı şəhərinin mərkəzi ərazisindən “şir kükrəməsi”nə bənzər səslər eşidilib. Artıq sosial media istifadəçiləri də bu “kükrəmə”yə dair paylaşımlar ediblər.
Eyni zamanda tanınmış sosial media fəalları və blogerlər maraqlı “kükrəmə” səsinin, sirli şirin ləpirlərinin əks olunduğu video və fotoları sosial şəbəkələrdə yayımlayıb, izləyicilərindən bu səs barədə soruşublar. Şərhlərdən də görünür ki, sirli “kükrəmə” səsləri insanların böyük marağına səbəb olub.
Blogerlərdən biri @igoguseinov “kükrəmə” səsi ilə bağlı yazıb: “Heyvanlar haqqında olan verilişlərə baxanda şirin kükrəməyini eşitmişəm, amma bu səsi izah edə bilmirəm. Elə bil şimşək çaxır, amma, şəhərdə eşitdiyim, məncə, elə şir səsidir”.
Digər influnser @babayevnasir_ yazır: "Hey, uşaqlar! Bu gün yürüşə çıxmışdım, qəribə bir şey gördüm. Baxın! Heyvanın ayaq izlərinə bənzəyir? Niyə şəhərin mərkəzində bu izlər var? Bunun nə olduğunu kim bilir?"
Şəhərin mərkəz hissəsində müxtəlif yerlərdən eşidilən əsrarəngiz “kükrəmə”nin mənbəyi, hələ ki, tapılmayıb. Əməkdaşlarımız “şir kükrəməsi”nin haradan gəldiyini, necə yarandığını araşdırırlar, tezliklə araşdırma nəticələrini elan edəcəyik.
Qalereya
Oxşar xəbərlər
Sezen Aksu Azərbaycanda xeyriyyə aksiyası keçirdi - FOTO
Sezen Aksunun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. BAKU.WS xəbər verir ki, aksiya Bakıda 1 saylı körpələr...