Bank of Baku “Zəfər Günü” münasibətilə Azərbaycan xalqını təbrik etdi! - VİDEO

Bank of Baku “Zəfər Günü” münasibətilə Azərbaycan xalqını təbrik etdi! - VİDEO
Video
Promo 10

Ölkənin aparıcı banklarından olan Bank of Baku, tariximizin səhifələri arasına qızıl hərflərlə yazılan, yaddaşımıza və qəlbimizə silinməz izlərlə qazınan 44 günlük müharibənin şanlı qələbəsi - “Zəfər Günü” münasibətilə video çarx hazırlayaraq, Azərbaycan xalqını təbrik etdi.

Video çarxda İkinci Qarabağ müharibəsinin iştirakçısı olan qazilərimiz – Bəbirov Rza İmran oğlu, Mahmudov Şərbət Cəfər oğlu, Məhəmmədov Məhərrəm Elşad oğlu, Zaxmayev Əfqan Musa oğlu, Qəmbərov Sənan Rəşid oğlu və əsgərlər iştirak edib.

Çarx uşaq vaxtı oyun oynayaraq işğal altında olan torpaqlarımızı xilas etmək ümidilə yaşayan, böyüyəndə bu xəyalı gerçəkləşdirərək vətən, millət uğrunda savaşan ordumuzun hər bir nümayəndəsinə həsr olunmuşdur.

Çarxın çəkilməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəstək göstərmişdir.

Video çarx ilə linkə daxil olaraq tanış ola bilərsiniz: " target="_blank" rel="noopener external noreferrer">https://youtu.be/XAHA7I-gZI4

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər