"BakuBus"da təqaüdə çıxan sürücülərlə vida mərasimi keçirilib!
"BakuBus" ailəsi illərlə paytaxt sakinlərinə təhlükəsiz, məsuliyyətli və peşəkar şəkildə xidmət göstərmiş sürücülərlə Rəsulov Rəsul, Gözəlov Vaqif, Aslanov Zahir, Nağıyev Heydər, Əzizov Qafar, Həsənov Sahib, Yusubov Binnət və Xudiyev Əlizamin ilə minnətdarlıqla vidalaşıb.
Tədbir zamanı "BakuBus" MMC-nin rəhbərliyi sürücülərin uzun illər ərzində göstərdikləri fədakar əməyə, məsuliyyətli xidmətə və şirkətin inkişafına verdikləri töhfələrə görə təşəkkür edib.
Mərasimin ən duyğulu anlarından biri isə sürücülərin ailə üzvlərinin onlara ünvanladıqları səmimi ürək sözləri və arzularla dolu çıxışlar olub.
Onların zəhməti və peşəkarlığı sayəsində minlərlə sərnişin hər gün rahat və vaxtında mənzil başına çatıb.
"BakuBus" ailəsi olaraq, bu yolda bizimlə çiyin-çiyinə addımlayan bütün sürücülərimizə dərin minnətdarlığımızı bildirir, yeni həyat mərhələlərində onlara uğurlar arzulayırıq.
Oxşar xəbərlər
"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır
"PAŞA Real Estate" yeni formatda mənzil seçimlərini sərfəli şərtlərlə təqdim edir. Premium dənizkənarı yaşayış kompleksi "Mardi Mekan Estate"də ev sahibi olmaq...