Bakı Martell Konyak evindən şam yeməyi - FOTO

Bakı Martell Konyak evindən şam yeməyi - FOTO
Foto
Promo 672

Yenilənmiş Matrell XO dizaynı və iki yeni qarışıq

Ötən həftə 23 yanvar tarixində Bakıda Fransanın ən qədim və sevilən Konyak evlərindən biri olan Martell Konyak evinin adından rəsmi nahar təşkil edilmişdir. Dəniz kənarında L’Avenue restoranında baş tutan tədbirdə 30-a yaxın adam toplanmışdır. Onların arasında Evin dostları və partnyorları – uğurlu sahibkarlar, incəsənət xadimləri və ümumiyyətlə gözəl zövqü və gözəl olan hər şeyə qarşı həvəsli olan insanlar var idi.

Xüsusi olaraq bu gecədə Martell-in Rusiya və Şərqi Avropadakı səfiri Daniyar Bozov Bakıya səfər etmiş və tamaşaçılara böyük məmnuniyyətlə Evin yaranması və inkişafı tarixi və həmçinin konyakların xüsusiyyətləri barədə danışmışdır. Onun gəlişi iki yeni qarışım və yenilənmiş Martell XO təqdimatı ilə eyni vaxtda təyin edilmişdi.

Daniyar Bozovun sözlərinə görə, Martell qarışımının hazırkı masteri Kristo Balto (Christophe Valtaud), yalnız Pernod Ricard-da işlədiyi ilk 3 il ərzində hamının tanıdığı Martell VS Three Stars və əfsanəvi VSOP Medallion-u əvəzləşdirərək böyük işlər görmüşdür.

İndi onların yerində mağazaların rəflərində və elit restoranların barlarında Martell VS Single Distillery və həmçinin spirtin xüsusi qırmızı çəlləklərdə saxlandığı Martell VSOP Red Barrels görmək mümkündür ki, bu da Konyak Evin saflaşdırma tərzini vurğulayır.

"Gənc olmasına baxmayaraq Martell VS Single Distillery bu kateqoriya üçün ənənəvi olmayan zərif dada malikdir. O, daha çox meyvə ətri və zərif tamı ilə daha əvvəlki VS.–dən tamamilə fərqlidir, bu konyak müasir nəsil üçün maraq yarada bilər. Onun – müasir, estetik və mükafata layiq şüşəsi belə bunu təsdiqləyir", - deyə Bozov vurğulamışdır.

Proqramın ən vacib məqamı yenilənmiş Martell XO oldu, onun qarışımı 2005-ci ildə yaradılmışdır. Yeri gəlmişkən, məhz o Asiya pələngləri ölkəsinin istehlakçılarının rəğbətini dərhal qazanmışdır.

"Xoşbəxtlikdən, bizim hamımız üçün yalnız şüşə dəyişdirilmişdir. İndi o daha yığcam və cəlbedicidir. Martell XO-nun tanınmış dadı və ədviyyat tamlarının zəngin ətri bizi gələcəkdə də sevindirməyə davam edəcək", - deyə Bozov öz çıxışını bitirmişdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər