"Bakı Marafonu 2026"nın start və finişində konsert olub

Bakı Marafonu 2026nın start və finişində konsert olub
Promo 20

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026" idman hadisəsi olmaqla yanaşı, maraqlı əyləncə proqramı ilə də yadda qalıb.

BAKU.WS xəbər verir ki, marafonun start nöqtəsi - Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olub. Hər iki nöqtədə konsert proqramı təqdim edilib.

Bu il start nöqtəsinin fan zonasında həm qaçışçılar, həm də yarışı izləməyə gələn qonaqlar üçün axşam saatlarınadək maraqlı anlar yaşadılıb.

Startdakı fan zonada açıq havada sevilən ifaçıların iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Konsertdə məşhur müğənnilərin ifaları səslənib.

Finiş nöqtəsi - Sea Breeze ərazisində də qaliblərin mükafatlandırma mərasimi DJ və musiqi qruplarının çıxışları ilə müşayiət olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər