"Azərlotereya" 2025-ci ildə 267 böyük uduş təqdim edib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" 2025-ci ildə də çox sayda qazanılan böyük uduşlarla yadda qalıb.
Ötən il "Azərlotereya"nın tirajlı lotereya, "Poz-Qazan" və "ePoz-Qazan" oyunları üzrə 267 böyük uduş qazanılıb. Onlardan 172-i "Poz-Qazan", 29-u tirajlı, 66 ədədi isə "ePoz-Qazan" oyunlarının payına düşüb.
2025-ci ilin ən böyük uduşu - 500 000 manat "Prestij"də qazanılıb. Bu, "Poz-Qazan" oyunlarının tarixində ən böyük uduş hesab edilir.
Digər "Poz-Qazan" oyunlarında uduşlar bol olub. 1 biletdə 200 000, 6 biletdə 100 000, 1 biletdə 75 000, 16 biletdə 50 000, 2 biletdə 30 000, daha 18 biletdə 25 000, 94 biletdə 10 000, 27 biletdə 5 000, 5 biletdə 5 555, 1 biletdə isə 3 000 manat qazanılaraq şanslı qaliblərinə qovuşub.
Ötən il tirajlı lotereyalar arasında da böyük uduşlar qeydə alınıb. 3 nəfər "Super Keno"dan 100 000, 10 nəfər isə "Beşdə 5" lotereyasından 50 000 manat qazanıb.
"ePoz-Qazan" oyunları da müxtəlif uduşlarla sahiblərini sevindirib. Ən böyük uduşlar isə "Qol Qazan" və "20X"də olub. Ötən il bu oyunlarda 2 nəfər 50 000 manat udub. Həmçinin "20X"da 3 nəfər 20 qəpiyə 20 000 manat, 1 nəfər isə "100X" oyunundan 36 346 manat qazanıb.
"Azərlotereya"nın təqdim etdiyi bir-birindən maraqlı şans oyunlarında bu il də 5 000-dən 1 milyon manatadək böyük uduşlar, eləcə də "4+4" tirajlı lotereyasında 1 300 000 manatdan çox cekpot sahiblərini gözləyir.
Biletləri "Azərlotereya" satış nöqtələri, "Misli" məntəqələri, "Azərpoçt" şöbələri, "Araz" və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.
Oxşar xəbərlər
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
İnnovasiya lideri Bakcell-in hədiyyələrlə bol lotereyası uğurla yekunlaşıb. Geniş marağa səbəb olan lotereyanın ən böyük mükafatı – "Porsche Cayenne" avtomobili...