"Azerconnect Group" BMT-nin Qlobal Sazişinə qoşulub

Azerconnect Group BMT-nin Qlobal Sazişinə qoşulub
Promo 121

Azərbaycanın ən böyük İKT şirkəti "Azerconnect Group" Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv olub. Dünyanın 160-dan çox ölkəsindən nüfuzlu təşkilatları bir araya gətirən təşəbbüs, biznesin sosial məsuliyyətinin artırılması və bu sahədə dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır.

BMT-nin Qlobal Sazişinə qoşulmaqla "Azerconnect Group" ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə sadiqliyini nümayiş etdirir. Şirkət, həmçinin dayanıqlı inkişaf istiqamətində Qlobal Sazişin prinsiplərini öz fəaliyyət və strategiyasına tətbiq edəcəyini bəyan edir.

"Azerconnect Group" innovativ, yüksəkkeyfiyyətli və geniş əhatə dairəsinə malik telekommunikasiya xidmətləri, həmçinin həyata keçirdiyi müxtəlif layihələrlə ölkə iqtisadiyyatının inkişafına, o cümlədən Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə töhfə verir. Şirkət effektivliyi artıran, inkişafı sürətləndirən və gündəlik həyatı asanlaşdıran rəqəmsal həllər təqdim etməklə fərdlərin, icmaların və bizneslərin imkanlarını genişləndirir. "Azerconnect Group" artıq dayanıqlı inkişaf və sosial məsuliyyət sahələrində bir sıra effektiv təşəbbüsləri reallaşdırıb. Bu təşəbbüslərə ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi, əməkdaşlar üçün rahat iş mühitinin yaradılması, onların şəxsi inkişafı üçün proqramlar və müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək tədbirləri daxildir.

Ətraf mühitin qorunması sahəsində həyata keçirilən layihələr barədə

"Azerconnect Group" tətbiq etdiyi innovativ biznes modeli və şəbəkələrin optimallaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində hər il təxminən 60%-dək enerjiyə qənaət edir. Bu da ildə 53 min meqavat elektrik enerjisinə bərabərdir. Şirkət tərəfindən, həmçinin günəş enerjisi ilə çalışan baza stansiyası pilot layihə kimi istifadəyə verilib.

Korporativ idarəetmə sahəsində həyata keçirilən layihələr barədə

"Azerconnect Group" əməkdaşların rifahı, onların şəxsi və peşəkar inkişafı, iş yerində gender bərabərliyi, inklüzivliyin təşviqi istiqamətində davamlı olaraq təşəbbüslər həyata keçirir. Artıq bir neçə ildir ki, əməkdaşların iş və şəxsi həyatı arasında balansın qorunmasına töhfə verən hibrid iş rejimi proqramı - "FLEXcellence" tətbiq edilir. Cari ildə şirkət tərəfindən əməkdaşları karyera inkişafı üçün lazım olan resurslar, təlimlər və imkanlarla təmin edən "Azerconnect Group Mükəmməllik Mərkəzi" təqdim edilib. İcra olunan uğurlu layihələr nəticəsində "Azerconnect Group" beynəlxalq audit şirkəti "Deloitte" tərəfindən təsis olunmuş "Best Managed Companies Azerbaijan2024" müsabiqəsinin qalibi seçilib. Şirkət, eyni zamanda, ardıcıl iki dəfə "Top Employers Institute" (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən "Ən yaxşı işəgötürən" mükafatına layiq görülən yeganə yerli şirkətdir. Cari ildə "Azerconnect Group"a, həmçinin BMT-nin İnkişaf Proqramı tərəfindən "Gender İnklüziv İş yeri" mükafatı təqdim olunub.

BMT-nin Qlobal Sazişi haqqında

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də "Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi"nəuyğunlaşdırmaqdır.

"Azerconnect Group" haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

"Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Oxşar xəbərlər

Trendyol COP29-da

Trendyol COP29-da

Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendy...

93 Promo 18:10 22 noyabr 2024

Son xəbərlər