Azercell "iPhone 16"nı təqdim edir

Lider mobil operator ən yeni texnologiyaları abunəçiləri üçün əlçatan etməyə davam edir.
Apple Inc." şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı olan "Azercell Telekom" MMC yeni nəsil "iPhone" smartfonlarını təqdim edir. Oktyabr ayının 4-dən etibarən yeni "iPhone 16" smartfonlarını Azercell Eksklüziv mağazalarından əldə etmək mümkündür.
Lider mobil operator həmçinin yeni seriya üçün xüsusi təklif də elan edir. Belə ki, şirkət Azercell Eksklüziv mağazalarından "iPhone 16" seriyalı smartfonları alan bütün müştərilərinə növbəti üç ay ərzində hər ay 55 GB internet hədiyyə edir.
Azercell-in yeni təklifi ilə həm "iPhone 16"nın ilk sahiblərindən biri olun, həm də internet xərclərinə qənaət edin!
Ətraflı məlumat üçün Azercell Eksklüziv mağazalarına yaxınlaşa bilərsiniz.
Oxşar xəbərlər
Yelo Bank-dan yeni rekord: kredit portfeli 1 milyard manata çatdı!
Yelo Bank 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb və ilin ilk yarısında əsas göstəricilər üzrə stabil artımını davam etdirib. Cari ilin ilk...