Azercell-in dəstəyilə "YAŞAT" Fondu şəhid övladları üçün II İntellektual Marafonunu təşkil edib
1–3 noyabr 2025-ci il tarixlərində "YAŞAT" Fondunun təşkilatçılığı və "Azercell Telekom" MMC-nin dəstəyi ilə Quba şəhərində şəhid övladları üçün 2-ci İntellektual Marafon keçirilib.
Vətən müharibəsində qazanılan Zəfərin beş illiyinə həsr olunan bu təşəbbüs 16–23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını bir araya gətirib.
Marafonun əsas məqsədi gənclərin intellektual və sosial bacarıqlarının inkişafına töhfə vermək, eləcə də onların arasında bilik və təcrübə mübadiləsini təşviq etmək olub.
Marafon çərçivəsində Azercell kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim sessiyası keçirib. Şirkətin mütəxəssisləri gənclərlə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması və onlayn təhdidlərdən müdafiə yolları barədə biliklərini bölüşüblər.
Bu təşəbbüs Azercell-in gənclər arasında rəqəmsal savadlılığın artırılması və təhlükəsiz internet mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi silsiləsosial layihələrin davamı olub.
Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışları və əyləncə proqramları təşkil olunub. Qaliblər və bütün iştirakçılar mükafat və hədiyyələrlə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
"PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhərdə birgə inkişaf sazişi imzalayıb
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) çərçivəsində "PAŞA Real Estate" və "Baku White City" arasında bir sıra əsas obyektlərin b...