"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!
Yeniliklərdən dərhal xəbərdar olun
Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan növbəti "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir.
İnformatika və proqramlaşdırma sahəsinə maraq göstərən 6-7-ci sinif şagirdləri müsabiqəyə qoşula bilərlər. Seçim mərhələsindən uğurla keçən iştirakçılar üçün bu sahədə bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı da əldə edəcəklər.
Müsabiqədə iştirak etmək istəyənlər 04 aprel 2025-ci il tarixinədək https://azercellcup.org saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı tamamlamış namizədlər sınaq imtahanına dəvət olunacaq, müsabiqənin ilk turu isə 05 aprel 2025-ci il tarixində onlayn formatda baş tutacaq.
Qeyd edək ki, Azercell 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesini dəstəkləyir. Bu müddət ərzində bölgə və paytaxt məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.
Oxşar xəbərlər
Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi
"Baku Steel Company" QSC 21–23 oktyabr 2026-cı il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş "Türkmənistanın Neft və Qazı" (OGT 2026) 31-ci Beynə...