Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
Azercell Cup 2024 proqramlaşdırma müsabiqəsinin qalibləri üçün beynəlxalq olimpiadalara hazırlıq dərsləri başlayıb.
İnformatika üzrə biliklərinin gücləndirilməsi məqsədilə ümumtəhsil müəssisələrinin 6-cı və 7-ci sinif şagirdləri hazırlıq proqamına cəlb olunublar.
Onlayn formatda keçirilən dərslər informatika sahəsində xüsusi istedadlı şagirdlərin müəyyənləşdirilməsinə yönəlib. Proqram məktəblilərimizin növbəti olimpiadalarda ölkəmizi uğurla təmsil etmələri üçün lazımi biliklərin təqdim olunması məqsədini daşıyır.
2017-ci ildən etibarən "Azercell Telekom" MMC-nin Elm vəTəhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi uğurla həyata keçirilir.
Bu müddət ərzində Azərbaycan komandası müxtəlif yaş qrupları üzrə keçirilən proqramlaşdırma olimpiadalarında ümumilikdə 80 medal qazanıb.
Oxşar xəbərlər
"City Garden Narimanov"da 36 ayadək faizsiz kreditlə premium mənzil satışları davam edir – "Kristal!"
"Kristal"ın "City Garden Narimanov" premium yaşayış kompleksində 36 ayadək faizsiz kreditlə tam təmirli mənzil sahibi olmaq imkanı davam edir. Təhvilə yaxın və...