Bakıda ilk dəfə Bel Suono üç royal möhtəşəm şousu baş tutacaq

Bakıda ilk dəfə Bel Suono üç royal möhtəşəm şousu baş tutacaq
Promo 6

Bakıda ilk dəfə Heydər Əliyev Sarayının səhnəsində Bel Suono Piano Trio şousu nümayiş olunacaq. Konsert proqramı iyunun 8-də təşkil ediləcək.

Milyonlarla tamaşaçının beynində klassik musiqiçilərin ifaları ilə bağlı çevriliş yaradan virtuozlar müəllif adaptasiyasında müxtəlif dövrlərə aid fərqli janrlardan ibarət dünya şedevrlərini ifa edəcəklər.

Vivaldi, Bax, Motsart, Piazzolla, Ellington, Queen və bir çox dünyaşöhrətli imzaların musiqiləri tamaşaçılara təqdim ediləcək.

Bel Suono Piano Triosunun hər konserti xeyirxahlıq və işığın bayramı, sevgi dünyasına səyahətdir! Qeyd edək ki, Bel Suono dünyada yeganə fortopiano triorusudur. Bakıda Bel Suono üç royalın maqiyasına şahidlik etmək üçün biletləri əldə etməyə tələsin!

Son xəbərlər