SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ən böyük şəbəkə mağazalarından biri olan Soliton Mağazalar Şəbəkəsi dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Azərbaycan Ordusu hərbi potensiala, maddi-texniki təchizata və güclü döyüş qabiliyyətinə malikdir. Bu gücə güc qataraq dəstək məqdsədli yaradılan qan vermə aksiyasında da öz dəstəyini əsirgəmir. Şirkət qan rezervlərinin təmin olunması məqsədi ilə əməkdaşlarını könüllü olaraq bu aksiyaya cəlb edir.

Eyni zamanda Soliton əməkdaşları da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub.

Soliton əməkdaşlarına və bütün hərbçilərimizə uğurlar arzulayırıq!

İndi biz daha güclüyük və inanırıq ki, zəfər bizim olacaq!

BAKU.WS