Megafun alış-veriş və əyləncə mərkəzi haqqında yayılan bütün məlumatların çox pozitiv, sevinc dolu və xoş xəbərlərdən ibarət olduğuna yəqin diqqət etmisiniz. Həqiqətən, bu məkanın əsas məramı fəaliyyətə başladığı gündən uşaqdan böyüyə hər kəsə xoş əhval və müsbət emosiyalar bəxş etmək olub.

Bu gün artıq Megafun 7 yaşını qeyd edir. Əlbəttə bu gün də Megafun-da maraqlı proqram həyata keçəcək. Lakin dekabrın 19-da baş verənləri istər ad günü öncəsi, istər Yeni İl öncəsi həyata keçirilən ən uğurlu layihələrdən biri adlandırmaq olar. Həmin gün sentyabrdan start götürən “Həyəcan mövsümü” uduşlu lotereyasının II turu başa çatdı. Və artıq düşünə bildiyiniz kimi sakit-səssiz deyil, möhtəşəm bir şəkildə.
Lotereyanın iştirakçısı olmaq üçün sadəcə Ticarət və Əyləncə Mərkəzinə gələrək burada yerləşən tmağazalardan alış-veriş etmək, gözəllik salonu, restoran və ya kafeləri ziyarət etmək yaxud uşaqları attraksionlara apararaq cəmi 50 manat xərcləməyiniz kifayət idi. Hər 50 manat onun
xərcləyənə 1 lotereya kuponu təmin edirdi. Bu bir kupon isə öz növbəsində 37 dəyərli hədiyyəyə sahib olma şansı yaradırdı.
Öncədən də xəbər verildiyi kimi, “Həyəcan mövsümü”-nün II turunu həm Megafun-ın qonaqları, həm də Xəzər TV-nin tamaşaçıları canlı efirdə izləyə bilirdi. Lotereyanın gedişatına və şəffaflığına 3 nəfərdən ibarət bitərəf komissiya nəzarət edirdi. Tədbirin idarə edilməsi isə bu dəfə də məşhur aparıcı Nəsib Nura həvalə olunmuşdu.
37 hədiyyə uğrunda 9000-ə yaxın kupon, daha doğrusu onların sahibləri mübarizə aparırdı. Ancaq bu mübarizənin əsas hədəfi, heç şübhəsiz, 2 ədəd “Wolksvagen Polo” avtomobili idi. İlk avtomobilin sahibini Nəsib Nur özü açıqladı. Bu 200323 N-li kuponlu iştirakçı Samir Novruzlu idi. Qalib bu xəbəri telefonla aparıcının özündən eşitdi. 2-ci avtomobilin şanslı qalibi isə öz adını ölkənin ən parlaq ulduzlarından biri- xalq artisti Miri Yusifin dilindən eşitdi. Bir neçə saniyə sonra o artıq səhnədə idi. Sən demə 200402 N-li kuponun sahibi- Ruslan Həsənov lotereyanın gedişatını Megafun-ın özündə izləyirmiş.
Ancaq hədiyyə yağışı bununla bitmədi. 37 şanslı iştirakçını, Megafun-a toplaşmış yüzlərlə insanı və Xəzər TV-nin çoxsaylı izləyicilərini bir sürpriz daha gözləyirdi. Bu da sevilən sənətçi, xalq artisti Miri Yusifin konserti idi. Miri Yusif konsertlərində bircə dəfə olanlar yaxşı bələddirlər, bu coşqunu, bu enerjini, bu sevgini hər sənətçi paylaşa bilmir. Bu dəfə də istisna olmadı. Sənətçi coşdu və coşdurdu, mahnılarını söylədi və söylətdi, rəqs elədi və oynatdı. Bu dəfə də hamı Megafun-dan razı ayrıldı.
Biz də öz növbəmizdə Megafun-ı təbrik edir və ondan yeni maraqlı layihələr gözləyirik.
Aşağıda qaliblərin siyahısının təqdim edirik:

Ad və soyad

Kupon nömrəsi

Mükafat

Novruzlu Samir

200323

Avtomobil

Həsənov Ruslan

200402

Avtomobil

Hacıyeva Mina

202493

100 azn-lik Megafun kartı

Əhədov Natiq

201717

100 azn-lik Megafun kartı

Abdullayeva Səbinə

204433

100 azn-lik Megafun kartı

Yusifova Əfsanə

208066

100 azn-lik Megafun kartı

Güvenç Emir

205025

100 azn-lik Megafun kartı

Quliyeva Aybəniz

202266

100 azn-lik Megafun kartı

Cəlilova Kəmalə

205498

100 azn-lik Megafun kartı

Mirzəyeva İlhamə

207320

100 azn-lik Megafun kartı

Məmmədov Abbas

203415

100 azn-lik Megafun kartı

Babayeva Vüsalə

206570

100 azn-lik Megafun kartı

Xaşanova Svetlana

208706

 Аsado restoranından 100 azn-lik kupon

Baxşiyeva İlahə

203541

 Аsado restoranından 100 azn-lik kupon

Məmmədov Aslan

204464

 Аsado restoranından 100 azn-lik kupon

Vəliyeva Təranə

206110

 Аsado restoranından 100 azn-lik kupon

Xəlilzadə Nigar

204373

 Аsado restoranından 100 azn-lik kupon

Əliyeva Nənəxanım

200949

 Lavaş restoranından 100 azn-lik kupon

Məmmədov Teymur

207865

 Lavaş restoranından 100 azn-lik kupon

Hacıyev Marif

203088

 Lavaş restoranından 100 azn-lik kupon

Səfərov Nuri

208509

 Lavaş restoranından 100 azn-lik kupon

Hacıyeva Elza

203253

 Lavaş restoranından 100 azn-lik kupon

Xəlilov Natiq

202174

Yumizza restoranından 50 azn-lik kupon

Həsənli Elşən

207888

Yumizza restoranından 50 azn-lik kupon

Salmanlı Ramin

205960

Yumizza restoranından 50 azn-lik kupon

Abdullayeva Ellada

202096

Yumizza restoranından 50 azn-lik kupon

İbrahimova İdris

204858

Yumizza restoranından 50 azn-lik kupon

Bayramova Pərvin

204292

Verso Fitness-dən 6 aylıq üzvlük

Ağazadə İslam

202994

Verso Fitness-dən 6 aylıq üzvlük

Əzimova Könül

202434

Verso Fitness-dən 6 aylıq üzvlük

Cəfərov Fariz

205456

 Sabina mağazasından 100 azn-lik kupon

Quliyev Mehman

201701

 Sabina mağazasından 100 azn-lik kupon

Abdullayeva Ellada

202097

 Bon Jour gözəllik salonundan 100 azn-lik kupon

Mütəllimova Aynur

207513

Arthur Jafar gözəllik salonundan 200azn-lik kupon

İsmayılova Almina

208804

 Ultra Viloet mağazasından 100azn-lik kupon

Feyziyev Ruslan

203819

Baby Face gözəllik mərkəzindən 100azn-lik kupon

Əsgərov Təhmasib

208083

VİPART mağazasından 100azn-lik kupon

 

 

 

BAKU.WS
QALEREYA