VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Optimal Yay Festivalı”-nın növbəti konserti 20 avqust tarixində Tovuz şəhərində keçirildi.

Minlərlə Tovuz və ətraf rayonların sakinlərinin iştirak etdiyi konsert proqramının açılış nitqində Festivalın siması, Bəstəkar, müğənni Murad Arif və teleaparıcı Zümrüd Bədəlova, 1997-ci ildən etibarən xalqımıza məişət texnikası, elektronika və mebel sahəsində keyfiyyətli və sərfəli xidmət göstərən “Optimal” şirkətinin başlatdığı “Optimal Yay Festivalı” kampaniyasından bəhs edərək konsertin keçirilməsində xüsusi dəstək göstərən Tovuz şəhər İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədova Optimal şirkəti adından təşəkkürlərini bildirdilər.

Daim ilklərə imza ataraq müştərilərini sevindirən Optimal, Yay Festivalı kampaniyası çərçivəsində Azərbaycanın bölgələrində sevimli ifaçıların iştirakıyla konsert proqramları keçirərək müştərilərinə daha yaxın olmağı qarşısına məqsəd qoymuşdur.

Murad Arifin ifası ilə başlayan konsert proqramında ifaçılardan Əbdül Xalid, Ramil Nabran, Cahan qrupu, Yaşar Cəlilov, Aydın Sani və Şəbnəm Tovuzlu yeni mahnılarıyla pərəstişkarlarını sevindirdilər.

Gecənin sonunda ifaçılar konsertin keçirilməsini təşkil edən Optimal Elektronika MMC və Xəzər Media Mərkəzinə təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, “Optimal” şirkəti 30 iyundan - 30 sentyabra qədər başlatdığı “Optimal Yay Festivalı” kampaniyasında “Şansınız Optimal Olsun” devizi altında elektronika və mebel mağazalarında hər 300 manatlıq nağd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.

12 oktyabrda keçiriləcək Final günündə “Optimal” müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir. Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət “Yeni Optima”  avtomobili sizin ola bilər.

Optimal bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaqdır.

Hörmətli “Optimal” müştəriləri, “aŞansınız Optimal Olsun!”

Optimal - Keyfiyyəti əlçatan etdik.

Ətraflı: 012 954 / www.optimal.az
BAKU.WS
QALEREYA