Doğma Ağdamda “Optimal Yay Festivalı”-nın böyük konserti keçirildi

16
avq
2019
14:30
“Optimal Yay Festivalı”-nın növbəti konserti 13 avqust tarixində Cəbhə bölgəsi olan doğma Ağdam rayonun Quzanlı qəsəbəsində keçirildi. Minlərlə Ağdam sakininin iştirak etdiyi konsert proqramının açılış nitqində Festivalın siması, Bəstəkar, müğənni və aparıcı Murad Arif Ağdam rayonunun inkişafı istiqamətində görülən işlər və yaradılan infrastrukturu yüksək qiymətləndirərək, konsertin təşkilatçığında xüsusi dəstək göstərən Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənova Optimal şirkəti adından təşəkkürünü bildirdi.Daha sonra, 1997-ci ildən etibarən xalqımıza məişət texnikası, elektronika və mebel sahəsində keyfiyyətli və sərfəli xidmət göstərən “Optimal” şirkətinin başlatdığı “Optimal Yay Festivalı” kampaniyasından bəhs edildi.Daim ilklərə imza ataraq müştərilərini sevindirən Optimal, Yay Festivalı kampaniyası çərçivəsində Azərbaycanın bölgələrində sevimli ifaçıların iştirakıyla konsert proqramları keçirərək müştərilərinə daha yaxın olmağı qarşısına məqsəd qoymuşdur. Kampaniyanın siması, Bəstəkar, müğənni Murad Arifin aparıcılığı ilə başlayan konsert proqramında ifaçılardan Qurd, Ramil Nabran, Orxan Babazadə, Elnar Xəlilov, Pərviz Abdullayev, Asif Məhərrəmov, Könül Məmmədli, Səidə Dadaşova, Fərid Qaragöz və Burulğan qrupu yeni mahnılarıyla pərəstişkarlarını sevindirdilər.Konsertin sonunda ifaçılar konsertin keçirilməsini təşkil edən Optimal Elektronika MMC və Xəzər Media Mərkəzinə təşəkkürlərini bildirdilər.Qeyd edək ki, “Optimal” şirkəti 30 iyundan - 30 sentyabra qədər başlatdığı “Optimal Yay Festivalı” kampaniyasında “Şansınız Optimal Olsun” devizi altında elektronika və mebel mağazalarında hər 300 manatlıq nağd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.12 oktyabrda keçiriləcək Final günündə “Optimal” müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir. Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət “Yeni Optima” avtomobili sizin ola bilər.Optimal bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaqdır.Hörmətli “Optimal” müştəriləri, “Şansınız Optimal Olsun!”Optimal - Keyfiyyəti əlçatan etdik.Ətraflı: 012 954 / www.optimal.az
Qalereya
Oxşar xəbərlər
“Optimal Yay Festivalı”-nın növbəti böyük konserti Salyan şəhərində keçirildi
“Optimal Yay Festivalı”-nın növbəti konserti 06 avqust tarixində Salyan şəhərində keçirildi.Minlərlə Salyan sakininin iştirak etdiyi konsert proqramının açılış...