22 iyul tarixində Cənub bölgəsi olan Lənkəran şəhərində “Optimal Yay Festivalı” konserti keçirilib.

10 mindən çox Lənkəran sakininin iştirak etdiyi konsert proqramının açılış nitqində Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyindən bəhs edən teleaparıcı Zümrüd Bədəlova, “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır” sözlərini xatırladaraq dahi şəxsiyyətin əziz xatirəsini böyük hörmət və ehtiramla andı.

Lənkəran şəhəri Heydər Əliyev adına Xatirə parkında baş tutan konsertdə Lənkəran şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, minlərlə Lənkəran sakini iştirak etdi.

Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblı "Lənkəran Nənələri" qrupunun ifasıyla başlayan konsert proqramında Qurd, Nurlan Təhməzli, Vüsal Hacıyev, Elgün Hüseynov, Cahan Qrupu, Rəsul & Xana, Nazilə Əliyeva, Orxan Babazadə, Ayaz Qasımov və Yaşar Cəlilov yeni mahnılarıyla pərəstişkarlarını sevindirdilər.

1997-ci ildən etibarən məişət texnikası, elektronika və mebel sahəsində xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməyi özünə hədəf qoyan “Optimal” şirkəti 30 iyundan - 30 sentyabra qədər başlatdığı “Optimal Yay Festivalı” kampaniyası çərçivəsində Azərbaycanın bölgələrində konsertlər silsiləsi ilə müştərilərini diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, “Şansınız Optimal Olsun” devizi altında başlayan kampaniya “Optimal” elektronika və mebel mağazalarında hər 300 manatlıq nağd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.

12 oktyabrda keçiriləcək Final günündə “Optimal” müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir. Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət “Yeni Optima”  avtomobili sizin ola bilər.

Optimal bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaqdır.
Hörmətli “Optimal” müştəriləri, “Şansınız Optimal Olsun!”

Optimal - Keyfiyyəti əlçatan etdik.
Ətraflı: 012 954 /
www.optimal.az
BAKU.WS
QALEREYA