Polo Sedan avtomobilinin yeni kredit şərtləri açıqlandı

23
may
2019
16:28
Volkswagen markasının ən öndə gedən modellərindən biri - Polo Sedan avtomobilinin güzəştli lizinq və kredit şərtləri açıqlanıb. Comfortline komplektasiyası üzrə 27000 manata təklif olunan avtomobili cəmi 8900 AZN ilkin ödənişlə, 36 aydan 60 aya qədər müddətə kredit və lizinq şərtləri ilə əldə edə bilərsiniz. Kreditin müddəti 60 aya qədər uzadıla bilər və aylıq ödəniş cəmi 560 manata enmiş olur. Kredit dövrü azaldıqca, avtomobilin ilkin ödənişi də azalır. Highline modeli isə 29900 manata təklif olunur.Volkswagen Polo Sedan Comfortline öz seqmentinin ən sərfəli avtomobillərindən biridir. Avtomobil güclü komplektasiyaya və yüksək keyfiyyətə malik olması müqabilində alıcıları üçün çox sərfəli qiymətə təqdim olunur. Bu model 1.6l həcmli sadə mühərrikə və 110 at gücünə malikdir. Polo Sedan avtomobilinin şossedə 100km-də 4.7l yanacaq işlətməsi, onu öz seqmentinin ən qənaətcil avtomobili edir. Volkswagen Bakı Mərkəzinə hər gün saat 9:00-dan 20:00-a qədər yaxınlaşıb müxtəlif rənglərdə Polo Sedan avtomobili ilə tanış ola və əldə edə bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
Yaz gəlir – deməli Polonun əsl vaxtıdır!
Yaz mövsümünün gəlişi ilə əlaqədar, Volkswagen Bakı Mərkəzi unikal kampaniyaya start verir.Məhdud sayda 2019-cu il istehsalı Volkswagen Polo Sedan Comfortline a...
