SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Almatı-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.

BAKU.WS xəbər verir ki, aviareysin açılması münasibətilə Almatı Beynəlxalq Hava Limanında mərasim keçirilib.

Mərasimdə AZAL-ın Qazaxıstandakı nümayəndəsi Zaur Qasımov, AZAL-ın marketinq kommersiya və istehsalat idarəsinin direktoru Fuad Yusifov, AZAL-ın mətbuat xidmətinin əməkdaşı Sərxan Rzayev, ölkəmizin Qazaxıstandakı səfirliyinin nümayəndəsi Ramil Rzayev, Almatı beynəlxalq aeroportunun marketinq direktoru Abdul Kusayev, eləcə də hər iki ölkənin media nümayəndələri iştirak edib.

F.Yusifov çıxışından bildirib ki, birbaşa uçuşlar turizm sahəsində olduğu kimi, biznes sahəsində inkişafa təkan verəcək.

Tədbirin sonunda ilk uçuşun şərəfinə Azərbaycandan aparılmış tort kəsilib.


2 apreldən etibarən AZAL-ın reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçirilir.

Almatı Qazaxıstanın "cənub paytaxtı" adlanır. Şəhər cənub paytaxtının bir növ "vizit kartı" olan inanılmaz gözəl qarlı dağlar - Alatau dağları platosunda yerləşir. Eyni zamanda şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə üçün zəruri olan hər şeyə malikdir.

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.



AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin miles.azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

Elektron poçt: [email protected]

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir)

AZAL Miles bonus proqramına dair sualları [email protected] ünvanına, yaxud www.azal.az saytında doldurulan əlaqə forması vasitəsilə göndərə bilərsiniz.

Zülfiyyə Qurbanova
BAKU.WS