SİZİN REKLAM BURADA!
055 213 76 73



“CinemaPlus Gənclik Mall” kinoteatrında “Öldür beni sevgilim” türk romantik komediyasının təqdimatı baş tutub.

BAKU.WS-in məlumatına görə, təqdimatdan öncə keçirilən media nümayəndələri ilə görüşdə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakan iştirak ediblər.

Məşhur Türk ulduzları qonaqlar tərəfindən çox isti qarşılandı və böyük həvəslə onlar ilə şəkil çəkdirildi. Film nümayəşindən öncə Murat Boz və onun balaca pərəstişkarı səhnəyə çıxıb mahnı ifa etdilər.



Filmin rejissoru Şenol Sönmezdir. Rollarda Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu.

Qısa məlumat: “Öldür beni sevgilim” filmi,  bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.
Film martın 14-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.



Filmin Azərbaycanda yayım hüququ "Cinema Distribution" şirkətinə məxsusdur. "Cinema Distribution" 5 illik fəaliyyəti ərzində 300-dən artıq müxtəlif janrlı, yerli və əcnəbi filmlərin böyük ekranlarda nümayişini təşkil edib. Ölkəmizdə rekord sayda tamaşaçı tərəfindən izlənmiş filmlər məhz "Cinema Distribution" tərəfindən kinoteatrlara təqdim olunub.

"Cinema Distribution" “Öldür beni sevgilim” filminin istehsalçısı BKM-in Azərbaycan və MDB ölkələri üzrə 3 ildir ki, ekslüziv tərəfdaşıdır və bu müddətdə bir-birindən uğurlu layihələri ölkəyə gətirib.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

BAKU.WS