SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Bayram qatarı" adlı ilk yarmarka keçiriləcək.


BAKU.WS-in məlumatına görə, Novruz Bayramı ilə əlaqədar hazırlanmış xeyriyyə yarmarkası Cəfər Cabbarlı meydanında baş tutacaq.

Paytaxtın sakinləri və onun qonaqları yarmarkanı martın 15-dən aprelin 15-dək ziyarət edə biləcəklər.

Yarmarkanın təşkilatçısı qismində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə ADY Əmlak MMC çıxış edir. Təşkilatçıların sözlərinə görə "Bayram qatarı" ildə üç dəfə keçiriləcək.

Yarmarkanın qonaqlarını müxtəlif restoranlar, kafelər, suvenir mağazaları və DJ-lərin iştirakı ilə musiqi müşayiəti gözləyir.

Daha ətraflı məlumatı üçün (+994) 50 320 00 61 nömrəsinə zəng edin.

BAKU.WS