SİZİN REKLAM BURADA!
055 213 76 73



Miras Biznes Liqasından daha bir yenilik! Belə ki, yüksək peşəkarlıqla təşkil olunan şirkətlərarası mini futbol üzrə turnirdə təmsil olunacaq komandalar tərəfindən edilən ödənişlər zəmanət altına alınacaqdır. Bu xüsusda, MBL rəhbərliyi iştirakçı komandaların təşkilatçılıqdan narazı qaldığı təqdirdə ödənişin TAM OLARAQ geri qaytarılmasına dair qərar qəbul etdi.

Bundan əlavə, Miras Biznes Liqasından daha bir aksiya isə giriş haqqının azaldılması ilə bağlıdır. 11 mart tarixinə qədər qeydiyyatdan keçən hər bir komanda xüsusi promo koda sahib olmaqla 500 manatlıq endirim əldə etmiş olacaqdır.

Xatırlatmaq istəyirik ki, sözügedən Liqa heyətində heç bir peşəkar futbolçusı olmayan və təmsil etdiyi şirkətin əməkdaşlarından ibarət müxtəlif komandaları bir araya gətirmək niyyətini daşıyır. Yarışlara yalnız mini-futbol üzrə həvəskar korporativ komandalar buraxılır. Oyunçuların hər biri əmək müqaviləsinə sahib olan, təmsil etdiyi şirkətin əməkdaşları və turnirin başladığı ana ən azı 6 ay müddətində həmin şirkətdə çalışmış olmalıdırlar.

İki ay müddətində davam edəcək futbol turnirində 16 komanda əsas mükafat olan 10.000 manat uğrunda mübarizə edəcəklər.
Açılış mərasimi 29 mart tarixində, ilk oyun isə 6 aprel tarixində keçiriləcəkdir.

Oyunlar Bakı Olimpiya Stadionun ərazisində yerləşən “Sportster Arena”-da keçiriləcək.
Turnirin oyunları peşəkar hakimlər tərəfindən idarə olunur.

Bu Liqada peşəkarlar deyil, həvəskar futbolçular öz sözünü deyir!
Miras Biznes Liqası – Sağlam rəqabət məkanı

Qeydiyyat və əlavə məlumat üçün +994 77 300 43 53 (Zəng və ya WhatsApp).

Sosial şəbəkələr:

https://www.facebook.com/mirasbusinessleague​​​
https://www.instagram.com/mirasbusinessleague/​​​

BAKU.WS