SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Tavada" restoranı və “Theatrum” otelin möhtəşəm açılışı olub.

BAKU.WS-in məlumatına görə, açılış gecəsində Əməkdar artist Miri Yusif, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, müğənni Emiliya Yaqubova, tanınmış prodüser Emin Əfəndi, bəstəkarlar Mahir İbrahimov, Vüqar Camalzadə, media nümayəndələri və digərləri iştirak edib. Qonaqlar restoranın xoş ab-havasından, ləziz təamlarından məmnunluğunu bildirib.


Sevdikləri ilə birlikdə zövqlü bir məkanda vaxt keçirməyi istəyənlər, bu restoranın interyerindəki hər bir elementə heyran olacaqlar. 170 nəfərlik “Tavada” restoranı öz qonaqlarına Türk, Azərbaycan və Avropa mətbəxinin müxtəlif çeşidli təamlarını təqdim edir. Burada hər bir qonaq, hətta ən zərif və iradcıl qurman, öz iştahına uyğun yemək növləri tapacaq.

“Tavada” restoranına gələn hər bir qonaq dadlı və ləzzətli yeməklər, münasib qiymətlər, həmçinin, peşəkar xidmətə vurularaq, restoranın daimi müştərisinə çevriləcək. 

Kənan Ağayev 

“C-Group Hotels and Resorts” şirkətinin icraçı direktoru Kənan Ağayev BAKU.WS-ə açıqlamasında yeni açılan “Tavada” restoranı haqqında məlumat verib:

"Ümid edirəm ki, həm otelimiz, həm də restoranımız inkişaf edən ölkə turizmi üçün yeni bir tövhə olacaq. Bakının tam mərkəzində yerləşməsi, göstərilən yüksək xidmət səviyyəsi ilə seçilən məkanımız 30-40% endirimlərlə müştərilərin xidmətində olacaq".


Restoran əməkdaşlarının əsas məqsədi qonaqlarına fərdi yanaşmaq və istəklərini nəzərə alaraq, məkanda olduğunuz müddəti unudulmaz ana çevirməkdir. Mehriban, peşəkar və gülərüz personal restoranın əsas dəyəridir.

Qeyd edək ki, "Theatrum Hotel Baku"nun nəzdində açılan “Tavada” restoranı – paytaxtımızın kifayət qədər tanınan və sevilən "C-Group Hotels and Resorts" şirkətinin yeni və maraqlı layihəsidir.


Artıq qapılarını bakılılar və şəhərimizin qonaqları üçün açmış bu ecazkar məkan xoş, rahat ab-havası ilə doğma Bakımızın mərkəzində - Xaqani bağı və Fəvvarələr meydanının yaxınlığında - Mərdanov qardaşları küçəsində yerləşir.

"Tavada" restoranının ən son yeniliklərdən xəbərdar olmaq istəyənlər, "Facebook" və "Instagram" səhifələrini izləyə bilərsiniz:

Facebook: https://www.facebook.com/TavadaRestaurant/ 
Instagram: https://www.instagram.com/tavadabaku/

Rezervasiya üçün əlaqə nömrəsi: (+994) 55 214 94 65

BAKU.WS