"Buxara" - özünüzü şərq nağıllarındakı kimi hiss edəcəyiniz restoran (VİDEO+FOTOLAR)

Buxara - özünüzü şərq nağıllarındakı kimi hiss edəcəyiniz restoran (VİDEO+FOTOLAR)
Video
Şou-biznes 12319
Bakının mərkəzindən kənara çıxmadan şərq nağılına düşmək istəyirsinizsə, Mikayıl Müşfiq 77 A ünvanında yerləşən, sizə özbək və milli mətbəxin ən ləziz təamlarını təqdim edən "Buxara" restoranına gedə bilərsiniz. "Buxara" - bu gün Özbəkistan Respublikasının Buxara vilayətinin mərkəzi olmaqla yanaşı, Mərkəzi Asiyanın qədim şəhərlərindən biridir. Şərqin al-əlvan rəngləri, zəngin mədəni irs, tarixi əbidələr, əsrarəngiz məxbəx - bütün bunlar Buxara şəhərinə aiddir. Elə bu sadalananlar, bir müddət əvvəl açılmasına baxmayaraq, Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının sevimli məkanına çevrilən Buxara restoranının əsas mahiyyətini təşkil edir.
Restorana gələn hər qonaq cah-calalla zəngin sirli şərq nağılına düşür. Özbəkistanın milli mətbəxinə isə siz daddığınız birinci təamdan vurulacaqsınız. Özbəkistan mətbəxi - çox zəngin, dərin tarixə malik, Özbəkistan mədəniyyəti ilə sıx bağlı, ən əsası isə çox dadlı, doyumlu və qeyri-adidir. Onun ən yaxşı kulinariya şedevrləri isə Buxara restoranında təqdim olunur.
Restoranda həmçinin Azərbaycanın milli mətbəxinin ən ləziz təamları təqdim olunur. "Buxara"da aşpazların Azərbaycan mətbəxininin yeməklərini özlərinəməxsus şəkildə təqdim etmələrini də xüsusi ilə qeyd etmək lazımdır. Bu da restoranı dadlı yemək yeməyi və xoş mühitdə vaxt keçirməyi sevənlər üçün daha da cəlbedici edir. "Buxara" restoranı haqda daha ətraflı məlumat almaq və masa sifariş etmək üçün (012) 539 75 05, (070) 439 75 05 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. "Buxara"nın yenilikləri haqda daim məlumatlı olmaq üçün isə restoranın "Facebook""Instagram"dakı səhifələrinə abunə olmaq kifayət edir. BAKU.WS

Son xəbərlər