Bakıya terror törətmək üçün gəldiyi deyilən şəxslə bağlı - Rəsmi açıqlama
Ötən gün Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı.
"Qafqazinfo” hüquq-mühafizə orqanlarına istinadən məlumat dərc etmişdi ki, belə bir şəxsin olduğu ehtimal olunur və polis araşdırma aparır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məsələ ilə bağlı açıqlama verib.
S. Gözəlov bildirib ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşən şəxs kimi axtarışa verilib:
"Həmin şəxs 1992-ci il 26 avqust tarixində Özbəkistanın Daşkənd vilayətinin Zangiata rayonunda anadan olmuş Əhmədcanov Məhəmmədcan Akmalcan oğludur. O, 29.06.2016 tarixindən xəbərsiz itkin düşən şəxs kimi axtarışa verilib.
Onun Azərbaycanda olması ehtimal edildiyindən Özbəkistan tərəfindən bizə müaricət olunub. Həmin şəxs Özbəkistan vətəndaşıdır. Bir d ha xahiş edirik ki, KİV nümayəndələri bu cür məlumatları yayarkən dəqiqləşdirsinlər, ehtiyyatlı olsunlar”.
BAKU.WS
Oxşar xəbərlər
Bakıya maşın almağa gələn şəxs yoxa çıxdı
Bakıya avtomobil almağa gedən Kürdəmir sakini itkin düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya itkin düşən şəxsin qardaşı İlqar Cəbrayılov məlumat veri...