SİZİN REKLAM BURADA!
055 213 76 73


PAŞA Malls haqqında 
2008-ci ildə fəaliyyətə başlamış PAŞA Malls ölkənin ilk və ən böyük ticarət mərkəzlərini idarə edən qrupdur. Hazırda şirkət ümumilikdə 7 ticarət və əyləncə mərkəzini idarə edir: bunlardan 6 ticarət mərkəzi Bakı şəhərində, biri isə ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində yerləşməkdədir. 
Şirkət öz portfelini böyüdərək növbəti Crescent Mall ticarət mərkəzini 28 May tarixindən etibarən açılışını elan edir. 
 
Crescent Mall haqqında 
Bakı şəhərinin müasir və çoxşaxəli inkişafını əks etdirən Crescent Mall ticarət mərkəzi 28 May tarixindən etibarən qonaqların xidmətindədir. Ənənənin innovasiyalarla qovuşduğu ticarət mərkəzi şəhərin dinamik ruhunu əks etdirən alış-veriş, əyləncə və istirahət təklif edir. 
Crescent Mall 115.044 kv. m inşaat ərazisində yerləşir.  5 mərtəbəli müasir texnologiyalarla inşa edilmiş bina, geniş və 3 mərtəbəli 1193 ədəd parkinq yeri, açıq havada yerləşən terras və restoran əraziləri, həmçinin ilk dəfə Azərbaycanda fəaliyyət göstərəcək musiqili fontan ilə fərqli alış-veriş təcrübəsi təklif edir. Ticarət mərkəzinin ümumi icarə ərazisi 39.110 kv m-dir. 
 
Crescent Mall ticarət mərkəzi müasir trendlərə uyğun olaraq qonaqlara təkcə alış-veriş deyil, həmçinin yaşam və təcrübə mərkəzidir. Belə ki, ticarət mərkəzi ərazisində 107 ədəd geyim, qastronomiya, sağlamlıq, spa, uşaq əyləncə və öyrənmə mərkəzləri və digər mağazalar vardır.  Azərbaycanda ilk dəfə olaraq şəhər mərkəzində ticarət mərkəzi daxilində spa, gözəllik və fitnes mərkəzi qonaqların xidmətində olacaqdır. Ticarət mərkəzinin 5ci mərtəbəsi bütünlükdə spa, sağlamlıq və sağlam qida konseptinə həsr edilmişdir ki, bu da ticarət mərkəzi konseptində nəinki Azərbaycanda bütünlükdə regionda innovasiyadır. Crescent Mall təkcə alış-veriş deyil, həmçinin qonaqların bütün günlərini səmərəli keçirə biləcəyi bir məkandır. Belə ki, qonaqlar həm ailəvi, həm fərdi, həm də yaxınları ilə görüşlərini ticarət mərkəzinin daxilində keçirə bilər, ailəvi alış-veriş edə bilər, restoranlarda geniş seçim yeməklərdən dada bilərlər. Əlavə olaraq qeyd edilməlidir ki, ticarət mərkəzində yer alan mağaza seçimləri unikaldır, belə ki, burada böyüklər, uşaqlar, yeniyetmələr, qadın, kişi , ev avadanlıqları və digər bir çox kateqoriyalarda geniş seçim verən mağazalar mövcuddur. 
 
 Ticarət mərkəzində JYSK, Rahat, ZARA, Beauty Voyage, Superstep, Furla, Hello Park, Be FİT, Baku Electronics, Karaca, Curve Bowling, Koton, Ali&Nino, Kids City kimi əhəmiyyətli  ticarət markaları fəaliyyət göstərir. Həmçinin ticarət mərkəzi ölkəmizdə ilk dəfə fəaliyyət göstərəcək ZARA Home, Penelope, Medicine, Melissa, Wycon kimi brendlərə ev sahibliyi edəcək. Azərbaycanda fərqli qastronomiya təcrübəsi təqdim edəcək və ilk dəfə fəaliyyət  göstərəcək Huqqabaz, Dolce Far Niente, Lulu kimi restoranlar da məhz Crescent ticarət mərkəzində fəaliyyət göstərəcəklər.
Ticarət mərkəzində ümumilikdə 2400 əməkdaş fəaliyyət gəstərəcək. Crescent Mall geniş sayda iş yerləri ilə ölkəmizdə yeni iş yerlərinin açılmasına və geniş sayda insanların iş yerləri ilə təmin edilməsində əvəzsiz rol oynayacaqdır. 
Ticarət mərkəzinin açıq restoranlara qalxan hissəsində çoxmərtəbəli sütunda ölkəmizin mədəni irsinə istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilmişdir.  Rəsm əsərində təsvir edilən və sanki orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüş nar rəsmləri dünya, həyat və birlik simvoludur. Açan güllər və quşlar ilə zaman dinamikasında bir araya gələn “Həyat Ağacı” isə  sürətlə inkişaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə cəmləyən Azərbaycan xalqımızı ifadə edir.
Həmçinin Crescent Mall-da qonaqların asudə vaxtını açıq havada səmərəli keçirməsi üçün müasir musiqili fontan quraşdırılmışdır. Crescent Fontanı musiqi müşayiəti altında su dalğalarının hərəkəti ilə maraqlı su və musiqi şousu təqdim edəcəkdir.
Müasir texnologiyalarla inşa edilmiş ticarət mərkəzi qonaqlarına rəqəmsallaşan dünyanın yeni trendlerinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidmətini təqdim edəcəkdir. Məlumat bələdçisi ticarət mərkəzində fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat vermək, istiqamət göstərmək, servislərlə bağlı sorğulara cavab verərərək qonaqların ticarət mərkəzi daxilində təcrübələrini asanlaşdıracaqdır. Məlumat bələdçisi 140 dildə yazılı, 3 dildə (Azərbaycan, İngilis və Rus) isə şifahi məlumatlar vermək iqtidarındadır. 
 
Süni intellekti ticarət mərkəzinə tətbiq edərkən, qarşıya qoyulan məqsədlərdən biri də, bu müasir və dünyəvi trendi tarixi və mədəni dəyərlərimizlə əlaqələndirmək olmuşdur. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot Leyli adlandırılmışdır. Süni intellekt melumat bələdçisi Leyli, Azərbaycanın dahi klassik poeziyasının ən bariz nümayəndələrindən olan Nizaminin Leyli və Məcnun əsərindən, müdriklik və gözəllik simvolu olan Leylidən ilhamlanmışdır. 
 
Crescent Mall-un terras ərazisində sizi xoreoqrafik su rəqsələri, möhtəşəm işıqlandırma və musiqi harmoniyası ilə valeh edəcək heyranedici fəvvarə gözləyir!
Hər gün fəvvarə şousunu bu saatlarda izləyə bilərsiniz: 15:00, 16:00, 17:00, 18:00, 19:00, 20:00, 21:00-da.
Unikal yerləşməyə sahib olan ticarət mərkəzi kompleks ərazisində yerləşən biznes mərkəzi, yaşayış rezidensi həmçinin lyüks otel mərkəzi ilə cəmlənərək gələcəkdə xidmətlərini daha da genişləndirərək qonaqlara unudulmaz təcrübə vəd edəcəkdir. 
 
Ticarət mərkəzi haqqında ətraflı məlumat: www.crescentmall.az 
Ünvan: Neftçilər prospekti 66, 68 (Aypara saray və şəhərciyi)
Əlaqə nömrəsi: +99502414390 
İş saatları: 10:00- 22:00 (həftənin bütün günləri) 
BAKU.WS
VİDEO

QALEREYA