VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda telefon, elektronika və məişət satışı üzrə ixtisaslaşan, ən böyük mağazalar şəbəkəsindən olan "İrşad" "iOS" və "Android" əməliyyat sistemi bazasında çalışan smartfonlar üçün öz mobil əlavəsini təqdim edib. Müştərilərin rahat alış-veriş etməsi və bu prosesdə qazanması üçün BONUS sistemini özündə əks etdirən mobil əlavə bu gündən istifadəyə təqdim edilib.

İrşadın təqdim etdiyi yeni rəqəmsal xidmət zaman və məkandan asılı olmayaraq 20 000 dən çox məhsul seçimi ilə alış-veriş imkanını yaradır. İlkin olaraq mobil əlavəni yükləyən hər kəs qeydiyyatdan keçdiyi anda "23 XOŞ GƏLDİN BONUS" u qazanır. Daha sonra müştərilər aldıqları hər məhsula görə bonus qazanacaq. Yığılan bonusların məhsul alışı zamanı istifadəsi mümkündür. Bonuslardan istifadə qaydaları haqqında daha ətraflı istər www.irshad.az saytından, istərsə də mobil əlavədə “Şəxsi kabinetdə” yerləşən bonus istifadə qaydaları bölməsindən məlumatı əldə edə bilərlər. Habelə, mobil əlavədən istifadə edən hər kəs fürsətlərdən, endirimlərdən, kampaniyalardan birinci xəbərdar olacaq.

"Irshad" mobil alış-veriş tətbiqinin hansı üstünlükləri var?

✅Tətbiqi yüklə, qeydiyyatdan keç və "23 XOŞ GƏLDİN BONUS"u qazan!

✅Alış-veriş et, əlavə bonuslar topla!

✅20.000-dən çox məhsul artıq smartfonunda!

✅Bir kliklə sifariş və pulsuz, sürətli çatdırılma

✅Şəxsi kabinetində sənə aid bütün məlumatlar

✅Kampaniyalardan və yeniliklərdən ilk sən xəbərdar ol!

Beləliklə, mobil əlavə funksionallığı, rahatlığı təmin etməklə, zaman və məkan məhdudiyyətini aradan qaldıraraq sürətli alış imkanını təqdim edir və üstəlik xidmətlərlə, kampaniyalarla bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.

“İrşad”ın mobil alış-veriş tətbiqi artıq rəsmi olaraq “App Store” və “Google Play Market”də!

“𝐀𝐩𝐩 𝐒𝐭𝐨𝐫𝐞” istifadəçiləri üçün: apple.co/3FktMEv
“𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐏𝐥𝐚𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭” istifadəçiləri üçün: bit.ly/irshadapp

BAKU.WS
VİDEO