Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi

11 may 2025-ci il tarixinədək Umico kredit xətti istifadəçiləri üçün xüsusi kampaniya təqdim olunur.
Kampaniya çərçivəsində kreditlə 24 ayadək edilən alış-verişlər üzrə komissiya məbləğinə 50% endirim tətbiq edilir. Qeyd edək ki, kampaniya yalnız ikinci və sonrakı alış-veriş əməliyyatlarına aiddir. Bununla yanaşı, yay mövsümünə özəl endirimlər çərçivəsində müştərilər Umico.az-da təqdim olunan məhsulları daha sərfəli qiymətlərlə əldə etmək imkanı qazanırlar.
Kampaniyadan faydalanmaq üçün əvvəlcə Umico Market-də elektronika, məişət texnikası, geyim və digər kateqoriyalar üzrə yüzlərlə məhsul arasından seçim edərək "Kreditlə Al" düyməsini klikləmək və şəxsi məlumatları qeyd edib müraciəti tamamlamaq lazımdır. Ərizə iş saatlarında göndərildikdə cavab 45 dəqiqə ərzində, qeyri-iş saatlarında isə növbəti iş günü saat 12:00-a qədər təqdim olunur.
Oxşar xəbərlər
"Azərlotereya"nın "1001 Sevinc" əşya lotereyasının ilk qalibləri bəlli oldu
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" oyunçularını sevindirməyə davam edir. Bu dəfə "1001 Sevinc" əşya lotereyas...
