SİZİN REKLAM BURADA!
055 213 76 73


“Kristal Abşeron” şirkətinin “City Garden Nərimanov” layihəsi beynəlxalq mükafata layiq görülüb.

Belə ki, dünyanın nüfuzlu mükafatı hesab olunan “International Property Awards”da hər il dünyanın ən uğurlu daşınmaz əmlakları memarlıq, interyer dizaynı və daşınmaz əmlakın inkişafı kateqoriyalarında qiymətləndirilir.

Bu il müsabiqəyə Azərbaycandan qatılan “City Garden Nərimanov” layihəsi “The Asia Pacific Property Awards” qolunda 1200 rəqib arasında fərqlənərək “Çoxyönlü istifadə memarlığı” kateqoriyasında mükafata layiq görülüb.

Qazanılan uğurla bağlı “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin BAKU.WS-ə müsahibəsini təqdim edirik:

- “City Garden Narimanov” layihəsi yüksək yaşam standartlarına malik iddialı layihə kimi tanınır, bu layihəni digər layihələrdən fərqləndirən əsas üstünlük nədir?

- Bu layihə digərlərindən yerinə, infrastrukturuna və yaşayış sahəsində sakinlər üçün nəzərdə tutulan xidmətləri ilə seçilir. Əvvəlcə onu qeyd edim ki, kompleks Nərimanov metrosuna 5 dəqiqəlik məsafədə yerləşir. Ümumi sahəsi 21 hektardır. “City Garden Nərimanov” layihəsi sakinlərə şəhər mərkəzində təbiətlə iç-içə yaşam vəd edir. Yaşayış kompleksində 17,3 hektar geniş yaşıl həyətdə 10 mindən artıq bitki, içərisində fəvvarələr yerləşən dekorativ göllər kompleksin gözəlliyinə gözəllik qatacaq.

Eyni zamanda “City Garden Nərimanov” yaşayış kompleksi idman meydançaları, fitnes sahəsi, geniş ticarət mərkəzi zolağı, əyləncə mərkəzi, iaşə obyektləri, özəl və dövlət olmaqla iki məktəb və uşaq bağçası ilə sakinlərin xidmətində olacaq. Ümumilikdə bu yaşayış kompleksi daha çox cəmiyyətin orta və daha yüksək təbəqəsi üçün nəzərdə tutulub.

- Necə düşünürsünüz sizin layihəniz 1200 rəqib şirkətlərdən və onların irəli sürdüyü layihələrdən əsas nə ilə seçilir?

- Düşünürəm ki, əsas fərq bizim layihəmizin qiymətləndirmə meyarlarına faiz etibarilə rəqiblərimizdən daha çox cavab verməsidir. Belə ki, istər memarlıq cəhətdən, istərsə də tikinti prosesində istifadə edilən materialların keyfiyyəti beynəlxalq standartlara cavab verir. Layihənin yüksək qiymətləndirilməsi bizim üçün də çox gözəl motivasiyadır.

- Bildiyiniz kimi hazırda şəhərimizdə olan əksər layihələrdə parklanma problemi yaşanır, bu problem “City Garden Narimanov” layihəsində necə həll olunub?

- Bu problem paytaxt ərazisində demək olar ki, hər kəsi narahat edən məqamlardan biridir. Elə biz özümüzdə yaşayış komplekslərində parkinq sahələrinin ayrılmasının vacibliyini vurğulayırıq.

Belə ki, yaşayış binalarında hər bir mənzil üçün ən azı 1 avtomobil üçün parkinq nəzərdə tutulmalıdır. Bu nüans “City Garden Nərimanov” layihəsində də izlənilib. Belə ki, təxminən ümumilikdə 3200 sakin varsa, 3300 avtodayanacaq nəzərdə tutulub. Bu rəqəm təkcə mənzillər üçün ayrılıb. Bundan əlavə 850-900 dayanacaq isə sakinlərin qonaqları və yaşayış kompleksinə gələn ziyarətçilər üçün nəzərdə tutulub. Paralel olaraq hər ehtimala bir mənzildə yaşayan sakinlərin ailə üzvlərinin bir deyil bir neçə avtomobilə sahib olma ehtimalını da nəzərə alaraq əlavə parkinq də nəzərdə saxlamışıq.

“Kristal Abşeron” özünün həyata keçirəcəyi digər layihələrdə də bir mənzil üçün ən azı bir avtomobil dayanacağının nəzərdə tutulmasını izləyəcək. Daha əvvəl bir mənzil üçün 0,7 əmsalla parkinq nəzərdə tutulurdu. Bu da birmənalı olaraq kəmiyyət-keyfiyyət balansını pozurdu.

Dayanacaqların yeraltı parkinq formasında həyata keçirilməsi mühüm məqamdır. Çünki yaşayış komplekslərinin həyətləri dayanacaq yox, sakinlərin istirahəti, uşaqların əyləncəsi üçün nəzərdə tutulub.

Bu həm də yanğın zamanı əraziyə Fövqəladə Hallar Nazirliyinin xidməti avtomobillərinin rahat giriş-çıxışını da çətinləşdirir. Bu da birbaşa insanların təhlükəsizliyi baxımından risklidir.

- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq çərçivəsində mənzillərin satışı ilə bağlı yeniliklər gözlənilirmi?

- İpoteka və Kredit Zəmanət Fondunun qaydaları bir qədər çətindir. Bu dəqiqə üçün hər hansı əməkdaşlıq olmasa da, bu barədə gələcəkdə hər hansı formada əməkdaşlıq düşünə bilərik.

İpoteka Fondu mənzilləri yalnız çıxarışları olduğu halda satışa verə bilər. Bu gün qanunvericilikdə bir sıra dəyişikliklər gözlənilir. Həmin dəyişikliklər aidiyyəti qurumlar tərəfindən qiymətləndirildikdən və qüvvəyə mindikdən sonra bu məsələyə yenidən qayıtmaq mümkündür.

Belə ki, bu ilkin qeydiyyat anlayışıdır. Bu məsələ qanunla tənzimlənib qüvvəyə minsə, biz də mənzillərin İpoteka və Kredit Zəmanət Fondunun qaydaları əsasında təşkil edə və sakinlərə təklif edə biləcəyik.

BAKU.WS
QALEREYA