SİZİN REKLAM BURADA!
055 213 76 73


Toyota tam yeni Land Cruiser LC300-ü təqdim edir. Yeni modelin satışının başlanğıc tarixi 2021-ci ilin iyul ayı üçün nəzərdə tutulub. Bu tarixədək isə Toyota Azərbaycanda mətbuat nümayəndələri üçün Land Cruiser LC300-ü test drive etmək üçün imkan yaradıb. Media mənsubları əvvəlcə Land Cruiser LC200-ün, sonradan onun xələfi Land Cruiser LC300-ün sükanı arxasına keçərək hər iki avtomobili idarə etməli və fərqi hiss etməli idilər. İlk növbədə ən diqqət çəkən fərq avtomobillərin çəkisində idi. Yeni Land Cruiser əvvəlkindən 200 kq yüngüldür.

İstehsalçıların Land Cruiser LC300-ün timsalında sürücünün yolda və yolsuzluq şəraitində idarəsini asanlaşdıran bir SUV yaratmaq ideyasını reallaşdırdığını əminliklə söyləmək olar. Avtomobilin sükanı arxasına əyləşdikdən sonra isə digər dəyişiklikləri görmək mümkündür. Yeni idarəetmə paneli Land Cruiser LC300-də tam yeni aura yaradır. Avtomobil yeni GA-F platforması, yeni qoşa turbo V6 mühərrikləri, yeni 10 pilləli avtomatik transmissiyası, yeni asqı sistemi və yeni xarici və daxili dizaynı ilə Toyota həvəskarlarının ixtiyarına verilib. 

Land Cruiser LC300-də nəzərə çarpan dəyişikliklərdən biri də mühərriki işə salmaq üçün əl izi mexanizminin mövcud olmasıdır.

Land Cruiser LC300-ün sükanı arxasına əyləşdikdən sonra sürücünün diqqətini ilk çəkən məqamlardan biri də sükanın çox yüngül idarə edilməsidir. Belə demək mümkünsə, artıq Land Cruiser LC300-lə Toyota avtomobili bir barmaqla idarə etmək deyimini reallığa çevirib. Sükan arxasına keçib avtomobili idarə etməyə başlayanda Land Cruiser LC300-ün böyük qabaritinə baxmayaraq, çox asanlıqla idarə olunduğu diqqətimizdən yayınmır. Land Cruiser LC300 sələfindən fərqli olaraq yolla daha rəvan və daha səssiz səyahət edir. Avtomobil həm yolda, həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanıb. İnnovasiyalar Land Cruiser-in gücünü heç bir şəkildə azaltmadan yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir. Toyota bu hədəfi nəzərə alaraq, ilk gövdədə - korpus vasitə üçün dizayn edilmiş yeni bir TNGA (“Toyota New Global Architecture”) platformasından birinci dəfə istifadə edir. GA-F platforması fövqəladə yolsuzluq qabiliyyətini qoruyarkən gövdənin sərtliyi, gücü və dinamik tarazlığı baxımından yeni faydalar gətirir və yolda da daha yaxşı performans göstərməyə kömək edir. Yeni texnologiyaların tətbiqi çəkinin azaldılması, avtomobilin ağırlıq mərkəzinin aşağı salınması, təhlükəsizliyin yaxşılaşdırılması və eksteryer ilə interyer üçün yeni dizaynların hazırlanmasına zəmin yaradır. 

“İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” xüsusiyyətini Toyota ən son versiyası ilə daha da irəliyə aparıb. Land Cruiser-in “etibarlılıq, davamlılıq və yolsuzluq performansı” kimi mahiyyətləri markanın LC300 modeli ilə daha gücləndirilib. Land Cruiser LC300 tamamilə yeni avtomobildir. Avtomobil yeni GA-F platforması, yeni qoşa turbo V6 mühərrikləri, yeni 10 pilləli avtomatik transmissiyası, yeni asqı sistemi və yeni xarici və daxili dizaynı ilə Toyota həvəskarlarının ixtiyarına verilib. 70 ili əhatə edən nailiyyət mirası 170 ölkə və regionda 10 milyondan çox satışı ilə Toyota Land Cruiser-in bir avtomobil əfsanəsi olduğu hər kəsin qəbul etdiyi bir faktdır. “İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” Toyota-nın qürurla təkrar etdiyi şüardır.  

Land Cruiser (300 Seriyası), 2007-ci ildə LC200 buraxılışından sonra tanıdılan ilk yeni Land Cruiser SW modelidir, həm də yolsuzluq (SUV) seriyasının yeni flaqmanıdır. Ona gətirilən dəyişikliklərin keçmişdə bənzəri yoxdur. Toyota yeni LC300 ilə Keyfiyyət, Davamlılıq və Etibarlılıq (QDR) göstəricilərini daha da yaxşılaşdıraraq və yolsuzluq performansı, yoldakı gücü ilə getdikləri yolun şəraitindən asılı olmayaraq sürücülərin rahat irəliləmələrini təmin edir.

Fokus sahələri təkərlərin optimal balanslaşdırılmasına nail olmaq üçün asqı performansının tənzimlənməsi, təkərlərin zəminlə təmasda qalması və dünyada bir ilk olan Elektron Kinetik Dinamik Asqı Sistemi ilə yol tutuşunu yaxşılaşdırmaqdır. Yeni LC300 sürücünü dərhal avtomobilin ətrafının və təkərlərin mövqeyini əhatə edən yol səthinin real vaxt görünüşü ilə təmin edən “3D Multi-Terrain Monitor” tətbiq edən ilk Toyota-dır. “Multi-Terrain Select” sistemi sürücüyə ən uyğun sürüş rejimini səthin keyfiyyətini avtomatik olaraq qiymətləndirərək təqdim edir. 

Sürücülük dinamikası və idarəetmə sahəsindəki irəliləyişlər yeni V6 qoşa turbo mühərriklər tərəfindən dəstəklənir (3,5 litrlik benzin və 3,3 litrlik dizel) və ənənəvi V8-dən daha yaxşı olaraq üst-sinif performans və rahat idarə üçün hazırlanmışdır. Yanacaq istehlakında azalma və CO2 tullantılarının mövcud nəsil model ilə müqayisədə 10% azalmasına kömək edən 10 pilləli avtomatik transmissiya hər ikisində də mövcuddur. 

Avtomobilin konstruksiyasının özünəməxsus möhkəmliyindən və çətin şərtlərdə təhlükəsiz sürücülük üçün inkişaf etdirilmiş sistemlərindən tutmuş ikinci nəsil Toyota Safety Sense tərəfindən təmin edilən əlavə və təkmilləşdirilmiş aktiv təhlükəsizlik və sürücü yardım sistemlərinə qədər təhlükəsizlikdə əhəmiyyətli irəliləyişlər var. Qəza əleyhinə sistemin (“Pre-Collision System”) qəzadan qaçınmağa kömək etmə qabiliyyəti artırılıb. Yeni LC300 dayanacaqda yavaşca hərəkət edərkən və park yerində geri gedərkən, nəqliyyat vasitələrinə və piyadalara yaxınlaşarkən avtomobilin qarşısındakı və arxasındakı maneələri tanıyan yeni Park Dəstək Əyləci (“Parking Support Brake”) ilə təchiz edilib. 

Land Cruiser-in yüksək etibarlılıq, dayanıqlılıq və yolsuzluq performansı üzərində qurulmuş şöhrəti qlobal toplam satışları ilə təqribən 10,4 milyona çatıb. Heç şübhəsiz ki, yeni LC300-ün timsalındakı yeniliklər Land Cruiser həvəskarlarının daha da ürəyincə olacaq və Toyotanın yeni-yeni satış rekordları vurmasına səbəb olacaq. Azərbaycandakı avtomobil həvəskarlarına isə tezliklə yeni Land Cruiser LC300-lə qovuşmağı arzu edirik. Yeni Land Cruiser LC300 bütün gözləntilərinizi qarşılayacaq – arzularınızın avtomobilidir!

BAKU.WS
QALEREYA