SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 6-da Azərbaycanda yeni iPhone 12 smartfonların satışı başlayır. Apple şirkətinin Azərbaycanda rəsmi satış mərkəzi olan Alma Store mağazalarında iki ən arzuolunan model – iPhone 12 Pro və iPhone 12 satışa çıxarılacaq.

Yeni Apple məhsullarının təqdimatı həmişə yeni texnoloji inqilab deməkdir. Bu il də istisna deyil: istifadəçilərə 5G şəbəkəsini dəstəkləyən, tarixdə ən sürətli A14 Bionic prosessor, ikili və üçlü 12 MP kameralar, təkmilləşdirilmiş süni intellekt alqoritmi olan iPhone təqdim olundu.

Xatırladaq ki, 13 oktytabr təqdimatında Apple dörd smartfon nümayiş etdi – iPhone 12 Pro və iPhone 12 ilə bərabər, istifadəçilər iPhone 12 Pro Max və iPhone 12 mini smartfonları ilə də tanış oldular.

Qeyd edək ki, smartfonların sayı məhduddur. Yeni iPhone 12 smartfonunun ilk alıcısı olmaq üçün elə indicə öncədən sifarişi rəsmiləşdirin. iPhone 12 üçün qiymətlər 2249 AZN-dən başlayır.

iPhone 12 alüminiumdan, Pro smartfonları isə paslanmayan poladdan hazırlanmışdır. Ceramic Shield ön paneli sayəsində isə bütün smartfonlar cızıq, zərbə və mayedən etibarlı müdafiə olunur. Hətta yarım saat dərinlikdə saxladıqda belə, smartfon sıradan çıxmır.

Bütün texniki təkmilləşdirmələrə baxmayaraq, mütəxəssislər hesab edirlər ki, yeni smartfonlara yaranan maraq onun dizaynı ilə bağlıdır. Bir neçə ildən sonra əsas yenilənmə: iPhone 12 hamar, düz kənarlı və polad korpuslu əfsanəvi beşinci modelə bənzəyir. Bu, sahibinin imic və statusunu vurğulayacaq cihazdır.

Xatırladaq ki, Alma Store – Azərbaycanda Apple Premium Reseller statuslu yeganə rəsmi satış mərkəzidir. Bütün Alma Store əməkdaşları yüksək biliklərə malikdir. Eləcə də peşəkar konsultasiya, təmir və keyfiyyətli təlim ilə istifadəçilərə həmişə kömək etməyə hazır olan rəsmi servis mərkəzi mövcuddur.

Bütün məhsullar sertifikatlaşdırılıb və bir il ərzində rəsmi zəmanətə malikdir. Həmçinin, müştərilər yeni iPhone modellərini 12 aylıq taksitlə əldə edə və şəhərin istənilən nöqtəsinə pulsuz çatdırılma ilə rəsmləşdirə bilərlər.

Elə indi https://almastore.az/iphone saytında öncədən sifarişi rəsmiləşdirin və iPhone 12 smartfonlarının xoşbəxt sahibləri sırasında olma fürsətini qaçırmayın.

Həmçinin qeyd etmək istərdik ki, Alma Store mağazalar şəbəkəsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

BAKU.WS