İzmirdəki zəlzələ səbəbindən 4 oyun təxirə salınıb
30
okt
2020
19:34
Futbol üzrə Türkiyə çempionatının 4 oyunu təxirə salınıb.
BAKU.WS apssport.az-a istinadən xəbər verir ki, buna İzmir şəhərində baş verən zəlzələ səbəb olub.
Super Liqanın VII turunun “Göztəpə” – “Alanyaspor” matçı qeyri-müəyyən müddətə keçirilib. 1-ci liqanın “Menemenspor” – “Ankaraspor” və “Altınordu” – “Royal Hastanesi Bandırmaspor”, 3-cü liqanın “Berqama Bələdiyəspor” – “Kozan Spor” qarşılaşmaları da eyni səbəbdən təxirə düşüb.
Qeyd edək ki, bu oyunların hamısı oktyabrın 31-nə planlaşdırılırdı.
Oxşar xəbərlər
İzmirdəki zəlzələ zamanı 6 bina çöküb - VİDEO
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ baş verib. BAKU.WS "trthaber"ə istinadən xəbər verir ki, zəlzələ İstanbul, İz...